Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda fevralın 3-də son 100 ildə ən aşağı temperatur qeydə alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Bakıda fevralın 3-də son 100 ildə ən aşağı temperatur qeydə alınıb

Bakıda fevralın 3-də son 100 ildə ən aşağı temperatur qeydə alınıb


Bakıda son 100 ildə ən aşağı temperatur qeydə alınıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.

Fevralın əvvəlindən başlayan şimal-qərb küləyi fevralın 2-də davam edib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə arabir 28-33 metrədək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında son 100 ildə ən aşağı səviyyəyə - 5,5 dərəcə şaxtayadək enib. Yəni fevralın 3-də bu cür hava şəraiti son 100 ildə qeydə alınmışdı.

Verdiyev deyib ki, havanın minimal temperaturu Aran rayonlarında 0-3 dərəcə şaxta, dağlıq rayonlarda isə 9-12 dərəcə şaxta təşkil edib.

Naxçıvan Muxtar Respublikasında 6-11 dərəcə şaxta olub.

Geri dön