Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MSK deputatın şikayətini təmin etmədi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > MSK deputatın şikayətini təmin etmədi

MSK deputatın şikayətini təmin etmədi


Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı müraciətlərə baxılıb.

Deputatlığa namizədliyi 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən qeydə alınmış Ədalət Partiyasının sədri, IV çağırış Milli Məclisin deputatı İlyas İsmayılovun nümayəndəsi Mütəllim Rəhimov MSK-ya müraciət edərək həmin dairədə səsvermə zaman Seçki Məcəlləsinin müvafiq maddələrinin pozulduğunu iddia edib və həmin dairədə səsvermənin nəticələrinin ləğv edilməsini xahiş edib.

İclasda bildirilib ki, müraciət ekspert qrupu tərəfindən araşdırılıb. Müəyyən olunub ki, müraciətdə həmin dairənin hansı seçki məntəqəsində pozuntulara yol verildiyi konkret göstərilməyib. Təqdim olunan videoçəkilişdə də hər hansı pozuntu halı müşahidə edilməyib. Təqdim olunan digər sənədlərdə qanun pozuntularına dair iddialar öz təsdiqini tapmayıb.

Beləliklə, müraciət əsassız olduğundan təmin edilməyib.

Geri dön