Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Traxtur-Siyahcameqan müsabiqəsindən sonra bir neçə soydaşımız tutulub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Traxtur-Siyahcameqan müsabiqəsindən sonra bir neçə soydaşımız tutulub

Traxtur-Siyahcameqan müsabiqəsindən sonra bir neçə soydaşımız tutulub


Noyabrın 20-də Təbrizin səhənd stadionunda keçirilən müsabiqədən sonra bir neçə futbol tamaşaçısı təhlükəsizlik qüvvələri tərəfindən tutulub.
GAMAC-ın rəsmi saytında yayılan məlumata görə, səhənd stadionunda tamaşaçı qismində iştirak edən soydaşlarımız təhlükəsizlik qüvvələrinin bütün təzyiqlərinə baxmayaraq Azərbaycanın milli və mədəni hüquqlarının tələbi uğrunda bir çox şüar səsləndiriblər. Məlumata görə, müsabiqə bitdikdən sonra bir neçə “Traxtur” tərəfdarı təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. Yaxalananlar arasında Mehdi Şərifi, Məhəmməd Şirzad, Mehdi Şirzad, Cəfərpur, Hadi Hüseynzad və Məcid Nağızadənin adları çəkilir.

Məlumata görə, “Traxtur” tərəfdarları bugünkü müsabiqədə “Azərbaycan milləti – Çəkməz belə zilləti”, “Hüseyn Hüseyn şüarımız – Türk olmaq iftixarımız”, “Ölüm olsun faşizmə”, “Haray Haray mən türkəm”, “ərəb körfəzi”, “Biz ölməyə hazırıq – Babəkin sərbazıyıq”, “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” və s. kimi şüarlar səsləndiriblər.

Geri dön