Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Elşən Manafov: -Hazırkı şəraitdə Rusiya ilə Türkiyə arasında yaşanan gərginliyin aradan qaldırılmasına Azərbaycan öz töhfəsini verə bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Elşən Manafov: -Hazırkı şəraitdə Rusiya ilə Türkiyə arasında yaşanan gərginliyin aradan qaldırılmasına Azərbaycan öz töhfəsini verə bilər

Elşən Manafov: -Hazırkı şəraitdə Rusiya ilə Türkiyə arasında yaşanan gərginliyin aradan qaldırılmasına Azərbaycan öz töhfəsini verə bilər


Məlum təyyarə qalmaqalından sonra Türkiyə ilə Rusiya arasında münasibətlər olduqca gərgin məcrada inkişaf edir. Türkiyənin sərhədi pozduğuna görə rus hərbi təyyarəsini vurması iki ölkə arasında münasibətləri xeyli dərəcədə kəskinləşdirib. Bu fonda iki ölkənin münasibətlərinin yenidən əvvəlki sakit və əməkdaşlıq ruhuun hakim olduğu məcrayna qaytarmaq üçün vasitəçilərə ehtiyac var.
Qeyd edək ki, hazırda Azərbaycanın həm Türkiyə, həm də Rusiya ilə olduqca sıx əlaqələri var. Ölkəmizin ticari əlaqələr balansında hər iki dövlət xüsusi çəkiyə malikdir. Bundan başqa, hər iki ölkə ilə Azərbaycan demək olar ki, digər sahələrdə də yüksək səviyyədə əməkdaşlıq edir. Belə bir vəziyyətdə maraqlıdır, Azərbaycan Türkiyə ilə Rusiya arasında münasibətlərin yenidən yaxşılaşdırılmasında vasitəçi ola bilərmi?


Politoloq Elşən Manafov sözügedən məsələdə Azərbaycanın vasitəçi rolunda çıxış edə biləcəyini mümkün saydı: "Güman edirəm ki, hazırkı şəraitdə Rusiya ilə Türkiyə arasında yaşanan gərginliyin aradan qaldırılmasına Azərbaycan öz töhfəsini verə bilər. Azərbaycan dövlət başçısının istər Türkiyə, istərsə də Rusiya dövlət başçıları ilə yüksək münasibətləri var. Bu baxımdan da regonal təhlükəsizlik məsələlərinə Azərbaycan dövləti Ankara ilə Moskva arasında münasibətlərin sağlamlaşmasına yenidən öz töhfəsini verə bilər”.




Rüfət NADİROĞLU

Geri dön