Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Məhsa Mehdili: İranda türk qadınları aksiyalara geniş şəkildə qatılır (audio)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Məhsa Mehdili: İranda türk qadınları aksiyalara geniş şəkildə qatılır (audio)

Məhsa Mehdili: İranda türk qadınları aksiyalara geniş şəkildə qatılır (audio)


Davam.az Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sözcüsü, güneyli fəal Məhsa Mehdilinin “Amerikanın Səsi”-nə verdiyi müsdahibəni təqdim edir:

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sözcüsü, güneyli fəal Məhsa Mehdili “Amerikanın Səsi” ilə söhbətdə Güney Azərbaycanda baş verən kütləvi etirazlarla bərabər türklərə qarşı başladılan həbs dalğası haqqında məlumat verib. Mehdili həmçinin aksiyaların mahiyyəti, dic etirazçılara qarşı tətbiq edilən polis zorakılığı, aksiyalarda qadınların iştirak səviyyəsi və olayların Türkiyə medyasında necə əks edildiyini dəyərləndirib.
Məhsa Mehdilinin verdiyi məlumata görə, aksiyaların başlamasından iki həftədən artıq keçməsinə baxmayaraq hazırda müxtəlif şəhərlərdə həbs dalğası davam etməkdədir. O, son iki həftə ərzində həbslərin Qoşaçay, Culfa, Əhər, Məlikəndi, Muğan, Tehran, Ərdəbil, Urmiyə, Xiyav, Təbriz, Sulduz və Marağa kimi şəhərlərdə həyata keçirildiyini bildirir.

Güneyli fəal nəzarət altına alınanlardan bir qısmının zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxıldığını, bəzilərinin istənilən ağır zəmanəti təmin etmədikləri üçün hələ nəzarətdə saxlanıldığı, bir neçəsinin isə durumunun bəlli olmadığını önə çəkir.

“Sərbəst buraxılmaların hamısı müvəqqətidir. Belə ki görünür həm tutulmalar davam edəcək həm də ki sərbəst buraxılanların məhkəmələri necə, hansı şərtlərdə keçiriləcək və hökmlər nə olacaq, bunlar gözləməliyik,” deyə Mehdili söyləyir.

Tutulanların üzləşdiyi ittihamları dəyərləndirən güneyli fəal İran hakimiyyətin həm aksiyalara qatılanlarla davranışında həm də məhkəmə prosesində məsələyə təhlükəsizlik baxışı ilə yanaşdığını qeyd edir:

“Fərq etmir dil kursları, rəqs kursları ya aksiyalar olsun, bunları təhlükəsizlik məsələsi kimi görür hakimiyyət. Bu səfər də tutulanları milli təhlükəsizliyi pozmaq üçün fəaliyyət və pantürkizm ilə günahlandırıblar. Fəalların hər zaman qarşılaşdığı ittihamlar.”

Kütləvi aksiyaların dinc və mədəni bir şəkildə keçirildiyini vurğulayan Məhsa əksinə İran polis qüvvələrinin bir çox hallarda güc və zorakılıq tətbiq etdiyini söyləyir:

“Etirazlar tamamən barışcıl olub. Geniş şəkildə yayılan bütün filmlər və şəkillərin heç birində aksiyaya qatılanlardan heç bir şəkildə şiddət içərən hərəkət görülməyib. Nə yazıq ki, qarşı tərəf mədəni etirazları anlayışla qarşılamaq yerinə basqıyla, şiddətlə cavab verib. Nə yazıq ki, nəzarət altına alınanları tutduqları zaman döyüblər, incidiblər.”

O, bu xüsusda Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində Molla-Abbasi ailəsinin uşaqları ilə bərabər üzləşdiyi basqılara işarə edir.

Türkiyədə mühacirətdə yaşayan sabiq siyasi məhbus həmçinin kütləvi etirazlarda qadınların iştirak səviyyəsini dəyərləndirir.

“İranın genəlinə baxanda bütün ictimai hərəkatlarda qadınların qatılımı azdır, yəni toplumun çəkimi də azdır. Ama bu bir uğurdur ki Azərbaycanda türklərin hərəkatlarında qadınların iştirakı getdikcə çoxalır. İranda digər hərəkatlarla müqayisə etsək bu dəfə həm qatılım yuxarı idi, həm də medyada yaxşı əks edildi.”

Məhsa Mehdili türk qadınların geniş şəkildə iştirakının İranlı feminist qrupları tərəfindən diqqətə alınmadığını önə çəkərək bu qrupları tənqid edir:

“İranda qadın haqları üzrə fəaliyyət göstərənlər və feminist qruplar hətta digər ölkələrin qadınlarının ictimai hərəkatlara qatılımlarını əks edirlər, amma türk qadınlarının yüksək səviyyədə, barışcıl şüarlarla əllərində plakatlarla sülh və barışdan çox gözəl mesajlarla iştirakını əks etmədilər.”

Müsahibənin audiosunu aşağıdakı linkdən dinləyə bilərsiniz:

TIKLAYIN

Geri dön