Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Azərbaycanda terror fəaliyyətinə görə vətəndaşlıq itiriləcək
Azərbaycanda terror fəaliyyətinə görə vətəndaşlıq itiriləcək |
Azərbaycan vətəndaşları ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, terror fəaliyyətinə yönəldilmiş hərəkətlərinə görə vətəndaşlıqlarını itirə bilərlər.
"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna müvafiq dəyişikliklər Milli Məclisin bu gün keçirilən plenar iclasında təsdiq edilib. Bundan başqa, Azərbaycan vətəndaşının dini ekstremist fəaliyyət və ya dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi, düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlər adı altında xarici dövlətdə dini münaqişələrdə iştirak etməsi və ya həmin fəaliyyətə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə silahlı qrup yaratması vətəndaşlığının itirilməsi ilə nəticələnir. Geri dön |