Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Pakistan Azərbaycanla əməkdaşlığı möhkəmləndirməyin tərəfdarıdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Pakistan Azərbaycanla əməkdaşlığı möhkəmləndirməyin tərəfdarıdır

Pakistan Azərbaycanla əməkdaşlığı möhkəmləndirməyin tərəfdarıdır


Pakistan siyasi, iqtisadi, mədəni və müdafiə sahələrində Azərbaycanla əməkdaşlığı möhkəmləndirmək niyyətindədir. Pakistanın "The Nation" nəşrinin verdiyi məlumata görə, bunu Pakistan Prezidenti Məmnun Hüseyn Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarovla görüşdə deyib.

Görüş zamanı Prezident təhlükəsizlik sahəsində iki ölkə arasındakı əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

M.Hüseyn qeyd edib ki, Pakistan nüfuzlu hərbi təhsil müəssisələrində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının hazırlığını davam etdirəcək.

Prezident, həmçinin Cəmmu və Kəşmir məsələsində verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

Geri dön