Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranlı deputat: “Ölkə rəhbərinə müxalif fikirlərin səsləndirilməsinə imkan vermirlər”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranlı deputat: “Ölkə rəhbərinə müxalif fikirlərin səsləndirilməsinə imkan vermirlər”

İranlı deputat: “Ölkə rəhbərinə müxalif fikirlərin səsləndirilməsinə imkan vermirlər”


İran parlamentinin deputatı Əli Mütəhhəri dekabrın 6-da Tehranın Əllamə Təbatəbayi Universitetinin tələbələri qarşısında çıxış edərək ölkədə söz və ifadə azadlığı ilə bağlı durumdan və Amerika ilə münasibətlərdən danışıb.
Əli Mütəhhəri deyib ki, hakimiyyətdəki bəzi cərəyanlar və onlara bağlı təzyiq qrupları ölkə liderini tənqid etməyə icazə vermirlər: “Ölkənin dini lideri bundan əvvəl tələbələrlə görüşündə deyib ki, özünün tənqid olunmasını müsbət qarşılayır. Lakin təəssüflər olsun ki, bəziləri ölkə liderinə qarşı müxalif fikirlərin səsləndirilməsinə imkan vermirlər. Nəzərə almaq lazımdır ki, məsumlar da öz dövrlərində onlara edilən tənqidlərə müsbət yanaşırdılar. Halbuki ölkənin dini lideri qeyri məsumdur.

Keçmiş prezident Məhəmməd Xatəmi hökumətindəki islahat dövründə ölkədə söz və ifadə azadlığı baxımdan durum xeyli yaxşı idi. Lakin yazıqlar olsun ki, 2009-cu ildə ölkədə keçirilən prezident seçkisindən sonra söz və ifadə azadlığı əvvəlkindən daha da məhdudlaşdırılıb”.

Əli Mütəhhəri İranla Amerika arasında münasibətlərin bərpa olunmasının mümkün olub-olmadığı ilə bağlı sualı da cavablandırıb: “İnqilabın ilk dövrlərində Amerika ilə münasibətləri kəsmək məsələsi barəsində söz-söhbət olmamışdı. Belə bir qərar da yox idi. Lakin Amerikanın Tehrandakı səfirliyinin ələ keçirilməsindən sonra hadisələr elə bir istiqamətdə irəlilədi ki, iki ölkə arasındakı əlaqələr tamamilə kəsildi. Şəxsən hesab edirəm ki, biz Amerika ilə münasibətlərimizi yenidən bərpa etsək dünyanın axırı olmayacaq və islam inqilabı bundan zərər çəkməyəcək. Bir şərtlə ki, öz prinsiplərimizdən geri oturmayaq”

Geri dön