Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şərqi Azərbaycanda 8 ayda 537 nəfər yol qəzalarında həlak olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Şərqi Azərbaycanda 8 ayda 537 nəfər yol qəzalarında həlak olub

Şərqi Azərbaycanda 8 ayda 537 nəfər yol qəzalarında həlak olub


Şərqi Azərbaycan Vilayətində 8 ayda 537 nəfər yol qəzalarında həlak olub.
Şərqi Azərbaycan Tibbi Ekspertiza Mərkəzinin baş müdiri bildirib ki, "cari ilin birinci 8 ayında 537 nəfər yol qəzalarının qurbanı olub. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çoxdur.”

Bəhram Səmədirad deyib:

“Bu ilin birinci 8 ayında Tibbi Ekspertizada qeydə alınan yol qəzalarında 537 nəfər həlak olub. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə - hansıki 524 nəfər idi- 2 faiz çoxdur. Yol qəzalarında dünyasının dəyişənlərin 440-ı kişi 97 nəfəri isə qadın olub.”

Mərkəzin baş müdiri əlavə edib ki, ötən ay Şərqi Azərbaycanda 62 nəfər yol qəzalarının qurbanı olub, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 nəfər çoxdur.

B.Səmədiradın sözlərinə görə, ötən il Şərqi Azərbaycanda 703 nəfər yol qəzalarında həlak olub. Onlardan 146 nəfər qadın, 557 nəfər isə kişi olub.

Geri dön