Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanlı millət vəkili: Urmu Gölünü Canlandırma Mərkəzi siyasiləşib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Azərbaycanlı millət vəkili: Urmu Gölünü Canlandırma Mərkəzi siyasiləşib

Azərbaycanlı millət vəkili: Urmu Gölünü Canlandırma Mərkəzi siyasiləşib


Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili növbəti dəfə Urmu gölü böhranına toxunub.
Nadir Qazipur “Zərrin xəbər”in müxbiri ilə danışıqda bildirib ki, Urmu gölünün canlandırılması məsələsi gündəmə gəldikdən sonra bəzi şəxslər kalan pul sahibi oldu.”
Millət vəkili vurğulayıb ki, “ötən il Urmu gölünün canlandırılmasına vəsait (büdcə) ayrıldı, lakin bu heç nəyi dəyişmədi. Bu il gölün suyu ötən illə müqayisədə 38 faiz azalıb. Biz hamımız gölün canlandırılmasını vacib hesab edirik, lakin gölə ayrılan vəsait Texniki Şərif universitetində deyil, Qərbi Azərbaycan valisinin nəzarətində xərclənməlidir.”
O Urmu Gölünü Canlandırma Mərkəzinin siyasiləşdiyinə inandığını bildirərək qeyd edib ki, Mərkəzdə hər şey təbliğata yönəlib və mən də buna kəskin şəkildə qarşıyam.
Millət vəkili sözlərinin sonunda Urmu gölünün koma vəziyyətində olduğunu və bu vəziyyətdən çıxmaq üçün müəyyən işlərin görülməli olduğunu vurğulayıb.

Geri dön