Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Elmar Məmmədyarov BMT-nin rezident əlaqələndiricisi ilə görüşüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Elmar Məmmədyarov BMT-nin rezident əlaqələndiricisi ilə görüşüb

Elmar Məmmədyarov BMT-nin rezident əlaqələndiricisi ilə görüşüb


Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bruku fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, E.Məmmədyarov BMT İnkişaf Proqramının rezident nümayəndəsi kimi fəaliyyəti müddətində Azərbaycan və BMT strukturları arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə A.Bruka təşəkkürünü ifadə edib. Müstəqilliyinin ilk illərindən Azərbaycan və BMT sistemi arasında faydalı və hərtərəfli əməkdaşlığın qurulduğunu deyən nazir ölkəmizin BMT çərçivəsində siyasi dialoq və praktiki əməkdaşlıqda fəal iştirak etdiyini bildirib. O, Azərbaycanın BMT-nin seçkili orqanlarında iştirak etməklə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin yerinə yetirilməsinə öz töhfəsini verdiyini nəzərə çatdırıb. Bu xüsusda, Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi naminə məhsuldar fəaliyyətini qeyd edib.

Nazir Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin tələblərinin Ermənistan tərəfindən yerinə yetirilməli olduğunu vurğulayıb.

A.Bruk fəaliyyəti dövründə ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib, həmçinin Azərbaycan və BMT-nin əsas orqanları və ixtisaslaşmış təşkilatları ilə əlaqələrin inkişafından məmnunluğunu ifadə edib.

E.Məmmədyarov Antonius Bruka gələcək fəaliyyətində uğurlar arzulayıb.

Geri dön