Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Erməni tərəfi Azərbaycan Ordusunun guya itki verməsi barədə şişirdilmiş və yalan xəbərlər yayır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Erməni tərəfi Azərbaycan Ordusunun guya itki verməsi barədə şişirdilmiş və yalan xəbərlər yayır

Erməni tərəfi Azərbaycan Ordusunun guya itki verməsi barədə şişirdilmiş və yalan xəbərlər yayır


Cəbhədə davam edən gərginliyin məsuliyyəti birbaşa Ermənistanın məsuliyyətsiz və cinayətkar rəhbərliyinin üzərinə düşür. Bu barədə Ermənistan saytlarının ordumuzun itkiləri barədə yaydığı xəbərlərlə əlaqədar sorğusuna cavab olaraq, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirlikdən deyiblər ki, qoşunların təmas xəttində düşmənin aktivliyi Azərbaycan əsgərinin qabaqlayıcı tədbirləri və gücü hesabına qətiyyətlə alınır: "Erməni tərəfi xeyli sayda verdiyi itkilərə haqq qazandırmaq məqsədilə bizim guya itki verməyimiz barədə şişirdilmiş və yalan xəbərlər yayır. Cəbhədəki vəziyyət barədə gündəlik, itkilərilərimiz haqqında isə dəqiq və vaxtında məlumatlar tərəfimizdən ictimaiyyətə çatdırılır".

Müdafiə Nazirliyi bildirir ki, hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır və cinayəkar rejimin silahlı birləşmələri işğal olunmuş torpaqlarımızdan tam çıxarılanadək onlara qarşı lazım olan bütün ciddi tədbirlər görüləcək.

Geri dön