Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təbrizdə önəmli müsabiqə: “Traxtur-İstiqlal”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, İdman, Güney Azərbaycan-Təbriz > Təbrizdə önəmli müsabiqə: “Traxtur-İstiqlal”

Təbrizdə önəmli müsabiqə: “Traxtur-İstiqlal”


Təbrizin “Traxtur” futbol komandası ən önəmli müsabiqələrdən birinə hazırlaşır.
Məlumata görə, İran kuboku (cam-i həzfi) yarımfinal mərhələsinin son müsabiqəsi 2-ci gün Təbrizdə baş tutacaq. Müsabiqə iki məşhur komanda “Traxtur”la Tehranın “İstiqlal” komandası arasında keçiriləcək. Yarışmanın qalibi kubokun final mərhələsində Xürrəmşəhrdə İsfahanın “Zob ahən” takımı ilə qarşılaşmalıdır.

“Traxtur-İstiqlal” müsabiqəsi dekabrın 22-i (deyin 1-i) yerli vaxtla saat 14:30-da Təbrizin səhənd stadionunda start götürəcək. Müsabiqəni GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

Qeyd edək ki, qarşıdakı müsabiqə “Traxtur” üçün olduqca önəmli bir yarış sayılır. Ölkə kubokunda çempionu olacağı gözlənilən “Traxtur” bu müsabiqədə əsas rəqibi sayılan “İstiqlal”la qarşılaşacaq. Müsabiqədə “Traxtur” tərəfdarlarının fəal olacağı gözlənilir.

Geri dön