Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şərqi Azərbaycanda narkotika 69 nəfərin ölümünə səbəb olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Şərqi Azərbaycanda narkotika 69 nəfərin ölümünə səbəb olub

Şərqi Azərbaycanda narkotika 69 nəfərin ölümünə səbəb olub


İranda narkotik maddələrə aludəçilərin sayı artdıqca bu bəladan ölənlərin sayı da yüksələn xətt üzrə inkişaf edir.
Məlumata görə, ictimai bəlaya çevrilən narkotik maddələri Şərqi Azərbaycan vilayətində 69 nəfərin ölümünə səbəb olub. Bu barədə danışan Şərqi Azərbaycan Tibbi Ekspertiza Mərkəzinin baş müdiri bildirib ki, cari ilin birinci 8 ayında 69 nəfər narkotik maddələrinin qurbanı olub.

Bəhram Səmədiradın sözlərinə görə, “ölən 69 nəfərdən 3-ü qadın, 66-ı isə kişi olub. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz azalma göstərir.”

B.Səmədirad əlavə edib ki, ötən il Şərqi Azərbaycanda 4-ü qadın olmaqla 102 nəfər narkotik maddələrinin qurbanı olub.

Qeyd edək ki, İran İslam Cümhuriyyətində son illər narkotik aludəçilərinin sayı durmadan artır. Ekspertlər bunu ümumi və fərdi azadlıqların olmaması və iqtisadi vəziyyətlə əlaqələndirir.

Geri dön