Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Traxtur”dan son məlumat
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Traxtur”dan son məlumat

“Traxtur”dan son məlumat


Təbrizin “Traxtur” futbol komandasının keçmiş kapitanı yenidən “Traxtur”a qayıdacağı ilə bağlı yayılan xəbəri təsdiqləyib.
Super liqa müsabiqələrinin əvvəlindən Təbrizin “Qostəreşe fulad” komandasında oynayan Mehdi Kiyani, artıq “Traxtur” klubu ilə razılığa gəldiyini bildirib: “Mən “Traxtur” klubu ilə razılığa gəlmişəm və keçmiş komandama qayıdacağım üçün çox sevinirəm.”

“Qostəreşe fulad” klubunun məsullarına öz təşəkkürü və xoş arzularını bildirən oyunçu, “Traxtur” komandası və onun tərəfdarlarına müsbət təsir edəcəyinə ümid etdiyini bildirib.

Tehranın “İstiqlal” takımı isə “Traxtur”dan şikayət etdiyini bildirib. Paytaxt komandası iddia edib ki, dekabrın 22-də (deyin 1-də) Təbrizin səhənd stadionunda bu komanda ilə “Traxtur” arasında keçirilən müsabiqədə “Traxtur” tərəfdarları “İstiqlal” oyunçularına psixoloji (rəvani) təsir etmək məqsədi ilə onlara qarşı təhqiramiz şüarlar səsləndirib və meydançaya bəzi əşyalar atıblar. “İstiqlal” klubunun iddiasına görə, “Traxtur” tərəfdarlarının səsləndirdikləri şüarlar videokameraya çəkilib. Klubun yadığı məlumatda bildirilir ki, faktla bağlı bütün sənədlər Futbol Federasyonunun İnzibati Komitəsinə təqdim olunacaq.

Qeyd edək ki, dekabrın 22-də İran kuboku (cam-i həzfi) yarımfinal mərhələsinin son müsabiqəsi Təbrizin səhənd stadionunda baş tutdu. “Traxtur”la “İstiqlal” komandaları arasında keçirilən müsabiqədə “Traxtur” tərəfdarları baş məqçi Tuni Oliveranın Əmir Qələnoi ilə əvəzlənməsi və hakim Hüseyn Bərzgərə qarşı öz etirazlarını bildirib və “İran Federasyonu – Azərbaycanın düşməni” kimi şüarlar səsləndiriblər.

Geri dön