Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Suriyada daha 2 “Sepah”çı öldürülüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Suriyada daha 2 “Sepah”çı öldürülüb

Suriyada daha 2 “Sepah”çı öldürülüb


İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) daha 2 üzvü, Əmir Lütfi və Möhsün Fəramərzi Suriyada cərəyan edən silahlı qarşıdurmalarda həlak olub.
Bəşər Əsəd hökuməti uğrunda qurban gedən “Sepah”çılardan Möhsün Fəramərzi, Tehran cümə namazının dönəm rəhbəri axund İmami Kaşaninin təhlükəsizliyini qoruyan mühafizə komandasının üzvlərindən olub. Onun könüllü olaraq Suriyaya getdiyi bildirilir. Hər iki “Sepah”çı bir neçə gün əvvəl Suriyanın Hələb şəhərində İŞİD qüvvələri tərəfindən öldürülüb.

Meyitləri ölkəyə gətirilən “sepah”çıların dəfn mərasimi dekabrın 25-də keçiriləcək.

Qeyd edək ki, İran İslam Respublikası Suriya hökumətinin yaxın müttəfiqi və onun əsas himayədarlarından biri sayılır. Son aylarda Bəşər Əsədi və onun hökumətini qorumaq üçün bu ölkəyə göndərilmiş “Sepah”ın onlarla komandir və üzvü İŞİD-ə qarşı hərbi əməliyyatlarda həlak olub.
Suriyada daha 2 “Sepah”çı öldürülüb


Geri dön