Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hindistanın Baş naziri Narendra Modi Əfqanıstandan ölkəsinə gedərkən gözlənilmədən Pakistana gəlib.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Hindistanın Baş naziri Narendra Modi Əfqanıstandan ölkəsinə gedərkən gözlənilmədən Pakistana gəlib.

Hindistanın Baş naziri Narendra Modi Əfqanıstandan ölkəsinə gedərkən gözlənilmədən Pakistana gəlib.


O, Laxor şəhərində Hindistanın Baş naziri Nəvaz Şərif ilə görüşüb, onu ad günü münasibətilə təbrik edib. Bu barədə RİA Novosti agentliyi xəbər verir.

Görüşdə Kəşmir məsələsi ilə bağlı uzun illərdir ki, münasibətləri korlanan iki ölkə arasında dialoqun davam etdirilməsi və inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.

Danışıqların təfərrüatları haqqında ətraflı məlumat verilmir.

Səfər çərçivəsində N.Modi N.Şərifin Laxordakı evinə gedərək onun qız nəvəsinin toyunda iştirak edib, gənclərə xeyir-dua verib.

Bu, 2004-cü ildən bəri Hindistan Baş nazirinin Pakistana ilk səfəridir.

Geri dön