Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiya və Çin Suriya ilə bağlı qətnaməyə veto qoyublar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Köşə yazarları > Rusiya və Çin Suriya ilə bağlı qətnaməyə veto qoyublar

Rusiya və Çin Suriya ilə bağlı qətnaməyə veto qoyublar


Rusiya və Çin veto hüququndan istifadə edərək BMT-nin Təhlükəsizlik Şurasında Suriya ilə bağlı qətnamənin qəbul olunmasını dayandırıblar.
Avropa dövlətləri tərəfindən hazırlanmış qətnamə layihəsi Suriyada etirazçılara qarşı zorakılığa son qoyulmadığı təqdirdə bu ölkənin hakimiyyətinə qarşı sanksiyaların tətbiq olunmasını nəzərdə tuturdu.
Təhlükəsizlik Şurasının 9 üzvü qətnamənin “lehinə” səs verib, 4 ölkə səsvermədə bitərəf qalıb.
Rusiya və Çin son dəfə 2008-ci ildə Zimbabve prezidenti Robert Mugabe rejiminə qarşı BMT-nin sanksiyalarını nəzərdə tutan qətnaməyə dair səsvermədə veto hüququndan istifadə ediblər.

Geri dön