Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə od vurulub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə od vurulub

Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə od vurulub


Yanvarın 2-si axşam saatlarında Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edilib.
Səudiyyə Ərəbistanında müxalif şiə lideri Nimr əl-Nimrin edamına etiraz bildiriən “Sepah”, “Bəsic” və “Ənsar Hizbullah”ın iki yüzə yaxın üzvü bu ölkənin Tehrandakı səfirliyinin binasına od vurublar. Etirazçılardan bəziləri səfirlik binasının damına çıxıb, Səudiyyə Ərəbistanının bayrağını endirdikdən sonra bu ölkə kralının şəkillərini yandırıblar. Hücumçular daha sonra binaya çoxlu Molotov Kokteyli ataraq ona od vurublar. Hadisədən az sonra yanğın söndürənlər yanğını söndürməyə çalışsalar da, səfirliyin böyük hissəsi baş vemiş yanğın nəticəsində yanıb.

Hadisədən az sonra jurnalistlərə açıqlama verən Tehran polisinin rəisi Hüseyn Sacediniya deyib ki, Səudiyyə Ərəbistanı səfirliyinə hücum edənlər özbaşına qüvvələr olublar: “Axşam saat 22:20 radələrində özbaşına qüvvələrin bir qrupu səfirlik qarşısında toplaşaraq onun binasına daş və Molotov Kokteyli atıblar. Hücum nəticəsində səfirliyə müyyən qədər maddi ziyan dəyib. Əməkdaşlarımız isə səfirliyin içinə girən həmin özbaşına qüvvələedən bir neçəsini tutub”.

Həmin gün Səudiyyə Ərəbistanının Məşhəddəki baş konsulluğuna da hücum edilib. Bir neçə yüz hücumçu Səudiyyə Ərəbistanı hökumətinə qarşı sərt şüarlar səsləndirərək konsulluq binasına od vurublar.

Xatırladaq ki, yanvarın 2-də Səudiyyə Ərəbistanı hökuməti terrorçu fəaliyyətlərdə günahlandırdığı İrana bağlı radikal şiə lideri şeyx Nimr Baqir əl-Nimri edam edib. Müxalif axund Səudiyyə Ərəbistanında ictimai asayişi pozmaqda, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və xarici qüvvələrlə əlbir olaraq ölkəyə qarşı terrorçu fəaliyyətlərdə təqsirli bilinərək edam edilib.

Qeyd edək ki, 1989-cu ildə İrana səfər edən və 10 il bu ölkənin Qum şəhərində mollalıq dərsi alan axunda, son vaxtlar İran hökuməti tərəfindən “ayətullah” titulu da verilmişdi. İranın rəsmi dairələri ilə yaxından əlaqədə olan şiə lideri Səudiyyə Ərəbistanı hökumətinə və onun kralına qarşı sərt çıxışları ilə tanınırdı.

Geri dön