Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > BMT Təhlükəsizlik Şurası Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücumu pisləyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > BMT Təhlükəsizlik Şurası Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücumu pisləyib

BMT Təhlükəsizlik Şurası Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücumu pisləyib


BMT Təhlükəsizlik Şurası yanvarın 4-də bəyanat yayaraq Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və bu ölkənin Məşhəddəki konsulluğuna hücumları kəskin pisləyib.
Bəyanatda deyilir ki, BMT Təhlükəsizlik Şurası İranda diplomatik korpuslara hücumdan nigaranlığını bildirməklə yanaşı, İran rəsmilərini xarici səfirliklərin toxunulmazlığına riayətlə bağlı üzərinə götüqrdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırır: “Diplomatik korpusların toxunulmazlığı ilə bağlı 1961-ci il Vyana Konvensiyasına əsasən xarici səfirliklərə ev sahibliyi edən ölkələr onları qorumaq və onların təhlükəsizliyini mühafizə etmək barədə öhdəlik götürüblər.

BMT Təhlükəsizlik Şurasının üzvləri Vyana konvensiyasının məhz həmin əslini nəzərə alaraq İran rəsmilərindən xarici diplomatik korpusları qurumağı və onların təhlükəsizliyinin təmin olunması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb edir”.

Yanvarın 2-də Səudiyyə hökuməti terrorçu fəaliyyətlərdə günahlandırdığı İrana bağlı radikal şiə lideri şeyx Nimr Baqir əl-Nimri edam edib. Axund ictimai asayişi pozmaqda, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və xarici qüvvələrlə əlbir olaraq ölkəyə qarşı terrorçu fəaliyyətlərdə təqsirli bilinərək edam edilib.

Həmin günün axşam saatlarında Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və onun Məşhəddəki baş konsulluğuna hücum edilib. “Sepah”, “Bəsic” və “Ənsar Hizbullah”ın iki yüzə yaxın üzvü bu ölkənin Tehrandakı səfirliyinin binasına od vurublar. Eyni hadəsə Məşhəddə də baş verib. Yanvarın 3-də isə Səudiyyə Ərəbistanı baş vermiş hadisəyə etiraz olaraq İranla bütün diplomatik əlaqələrini kəsib.

Geri dön