Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan Xəbərləri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Güney Azərbaycan Xəbərləri

Güney Azərbaycan Xəbərləri


Güney Azərbaycanlı milli Fəalı, Həmidə Fərəczadə Azad Edildi


Güney Azərbaycan Xəbərləri






Yanvarın 12-də Təbrizin İttalaat əməkdaşları tərəfindən həbs olunan Azərbaycanlı milli fəal Həmidə xanım Fərəczadə (Pınar) fevral ayının 8-də 6 aylıq həbsdən qalan 1 aylıq cəzasını Təbriz zindanında çəkərək azadlığa buraxıldı. Məlumat verək ki, Həmidə xanım azərbaycanlı milli fəalı ve qadın haqlarının müdafiyəçisidir.
Tehran Tibb Universitetinin kitabxanaçılıq fakültəsinin məzunu olan Həmidə xanım Urmiya şəhərinin "Mütəhhəri" xəstəxanasında işləyibdir. 2010-cu il mayın 25-də atası evində İran kəşfıyyat nazirliyi tərəfindən həbs olunub və cəzasının 154 gününü çəkdikdən sonra 220 min ABŞ dolları qarşılığında azadlığa buraxılmısdı, İrandakı hazırkı rejimə qarşı təbliğat aparmaq suçuyla yenidən həbs olunur ve Təbrizin İnqilab məhkəməsi tərəfindən 6 aylıq habs cəzasına məhkum olmuşdur.



Güney Azərbaycanlı fəal Mehrdad Kərəmi hələdə naməlum səbəbdən həbsdə saxlanılır



Güney Azərbaycan Xəbərləri





Zəncanlı fəal Mehrdad Kərəmi,Universitetin təhlükəsizlik bölməsinin (Hərasət) həmkarlığı ilə təhlükəsizlik qüvvələri tərəfindən tutulub. O, 2011-ci il dekabrın 24-də (1390-cı il deyin 3-də) təhsil aldığı Təbriz Universitetində yaxalanıb və Zəncana intiqal edilib.
Tutuqlanmış azərbaycanlı fəalın atası Güney Azərbaycandakı hüquq müdafiəçilərinə oğlunun taleyindən xəbərsiz olduqlarını bildirib: “Hökumət qurumlarına müraciət etsək də, bizə cavab verən yoxdur. Təkcə deyirlər ki, sənin oğlun sistemə qarşı fəaliyyət aparıb. Onun sağlamlığının və saxlandığı şəraitin şübhə altında olması, eləcə də zindandan evə həftəlik zənglərinin kəsilməsi bizi narahat edir”.
Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal Azərbaycanşünaslıq Ocağının keçmiş sədri, Azərbaycan türkcəsi və tarix kurslərının tədrisçisi və Azərbaycan mətbuatının tanınmış yazıçılarından biridir.



Mahmud Ərdəhali Barani İranın təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb



Güney Azərbaycan Xəbərləri






Urmiyyə şəhərinin mərkəzi zindanında həsb edilən 71 yaşlı Ərdəhali, solçu azərbaycanlı fəallardan biridir. O, həm islam inqilabından öncə, həmdə inqilabdan sonra, İranda həbsxanaya düşüb.Ərdəhali 1992-ci ildə Azərbaycan Cümhuriyyəti istiqlalını əldə etdikdən sonra yaşadığı Almaniya ölkəsindən Azərbaycan Cümhuriyyətinə köçüb və Bakıda yerli bir xanımla ailə həyatı qurub. Onun 2 övladı var.O, Azərbaycan Cümhuriyyətində yaşadığı 20 il müddətdə davamlı olaraq bu ölkənin Miqrasiya (köç) idarəsinə müraciət edib və daimi oturum vəsiqəsi almaq istəsədə, təəssüflə buna nail olmayıb və nəhayət 2011-ci il iyulun 15-də (1390-cı il tirin 24-də) Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən tutulub və İrana təhvil verilib.


İran rejimi Güney Azərbaycanda tarixi abidələri məhv etməyi davam etdirir


Güney Azərbaycan Xəbərləri






Məlumata görə, Güney Azərbaycanda 6 min yaşı olan “Qalabaşı” abidəsi sökülmək üzrədir. Tarixi abidə Qərbi Azərbaycan vilayətinin Sulduz şəhərində yerləşir.
Diqqətə layiq məqam ondan ibarətdir ki, 6 min yaşı olan abidə təbii proseslərə görə deyil, abidəni qorumalı olan Sulduz bələdiyyəsi tərəfindən məhv edilir.
Xatırladaq ki, vandal qurum Sulduz bələdiyyəsi bir müddət əvvəl də həmin tarixi abidəni sökməyə təşəbbüs göstərmişdir. Lakin yerli sakinlərin kütləvi etirazı ilə qarşılaşdığından bu addımından daşınmışdı. Ümid edirik ki, bu dəfə də soydaşlarımızın oyanıqlığı nəticəsində bu tarixi abidə qorunub və saxlanılacaq.


Germi şəhərinin “Peyam-i nur” universitetinin öyrəncisi Məhəmməd Xakpurun təhsilinə 2.5 mçüddətinə qadağa qoyulub




Güney Azərbaycan Xəbərləri





Millətçilik zəminində fəaliyyət göstərməkdə günahlandırılan Xakpur, Universitetdə keçirilən “azad tribun” mərasimində öyrəncilərin problemləri ətrafında çıxış edib və bu zəmində universitet məsullarını tənqid edib. Azərbaycanlı öyrənci fəal bu çıxışdan sonra universitetdə qanunsuz bulunan ETTELAAT (İran Kəşfiyyat Nazirləri) məmurları tərəfindən sorğu-suala tutulub.
Həmçinin Sorğu-sualdan sonra Öyrənci Elmi Qurumu universitet rəisi tərəfindən bölücülük fəaliyyətləri bəhanəsi ilə qapadılıb.
İnzibati komitənin hökmünə etiraz etmək üçün 10 gün vaxt nəzərdə tutulsada, bu müddətdə komitə rəsmiləri heç bir etirazı qəbul etməyiblər.
8 milli fəalımız Təbriz məhkəməsinin 1-ci şöbəsində hər biri 4 ay məcburi həbs olmaqla 1 illik həbsə məhkum olunublar
Məhkum olunan milli fəallar Əkbər Muhaciri ,Məhəmməd Riza Bəxşi Xacə , Rəhim Əli Rizayi , Şəhram Dadashi , Məsud Bayrami , Əmir Babayi, Vəli Bərqidar , Əsgər Aqayi Əlvəndi Dey ayının 7-sində Təbrizin İnqilab məhkəməsinin 1-ci şöbəsində məhkəmə olundular. Təbrizin Ettalaat tərəfindın milli fəallara haqqında irəli sürülən ittihamlar -toplu şəkildə milli təhlükısizliyə qarşı iş birliyi aparmaqdadır. Adı çəkilən milli fəallar Təbrizin Qumtəpə məhəlləsində İran İslam hakimiyyətinin bilərəkdən qurutduğu Urmu gölünə etiraza görə həbs edilənlərin şəkillərini Təbriz küçələrində divarlara yapşdırarkən tutuqlanıblar. Və bu milli fəallar iddia edildiyi kimi İran adlanan ölkənin təhlükəsizliyinə qarşı toplu şəkildə çalışmalar etməyiblər. Milli fəallara qarşı irəli sürülən - ölkənin nizamına qarşı çalışmaq ittihamı Təbriz şəhərinin Ümumi və İnqilab məhkəməsinin 4–cü şöbəsi tərəfindən qərar verilərkən yersiz görülüb və ittihamlar rədd dilmişdir.onun haqqında məni təqib verilmişdir.


Tanınmış azərbaycanlı fəal Mühəndis İbrahim Rəşidinin (Savalan) azadlığı uğrunda fəaliyyət göstərəcək Veblaq işə başlayıb



Güney Azərbaycan Xəbərləri





Türk, İngilis və fars dillərində yayımlanan Veblaq 2012-ci il fevralın 7-dən (1390-cı il bəhmənin 18-dən) işə başlayıb.
www.ibrahimsavalan.blogspot.com Veblaqında adını çəkdiyimiz azərbaycanlı fəal barədə xəbər və yazılar yayılacaq. Həmçinin Veblaqda Mühəndiş Rəşidiyə aid məqalə və şeir də dərc olunacaq.
Qeyd edək ki, mühəndis Rəşidi yanvarın 23-də Təbrizdə yaxalanıb və hazırda Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında saxlanılır. O, özüdə daxil olmaqla milli-mədəni fəalların qanunsuz tutuqlanmasına etiraz edərək Aclıq Akiyasına başlayıb.
ETTELAAT məsulları ona ailəsi ilə telefon əlaqəsi saxlamağa belə icazə vermirlər. O üzdən, Rəşidinin ailəsi və Azərbaycan Milli Hərəkat fəalları onun durumundan nigarandırlar.
“Traxtur”la Abadanın “Neft” takımları arasında keçirilən müsabiqə “Traxtur”un kəskin qələbəsi ilə sona çatdı
İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 25-ci həftəsində keçirilən müsabiqənin birinci hissəsində “Traxtur” takmı tərəfindən 3 qol vuruldu.Müsabiqənin ikinci hissəsində isə hər takım tərəfindən 1 qol vuruldu. Bununlada “Traxtur-Neft-i Abadan” müsabiqəsi (4 – 1) hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşdı.“Traxtur”un qollarını Ehsan Hacı Səfi (3 və 21-ci dəqiqələrdə) və Flavyo Lupz (32 cə 52-ci dəqiqələrdə) vurdular. Bununlada “Traxtur” 46 imtiyazlı oldu və tək 1 imtiyaz “İstiqlal”dan az olmaqla cədvəlin 3-cü yerində yer almış oldu.Qeyd edək ki, bu gün Təbrizdə soyuq hava şəraiti hökm sürüb. Buna baxmayaraq, stadionda kifayət qədər tamaşaçı olub və olduqca həyəcanlı anlar yaşanıb.


Washington Post: İsrail müharibəyə başlayacaq



Güney Azərbaycan Xəbərləri





«Washington Post» yazır ki, İsrail apreldən iyuna kimi İranın obyektlərinə hərbi zərbə endirmək qərarına gəlib. Məqsəd İranın nüvə silahı yaratmasına mane olmaqdır. Qəzet Pentagona istinad edir. ABŞ-ın müdafiə naziri Leon Panetta isə şərh verməkdən imtina edib.
«WashingtonPost»un yazdığına görə, Pentagon başçısı Leon Panetta əmindir: «İsrail silahlı qüvvələrinin İrana qarşı döyüşə başlama ehtimalı indi həmişəkindən daha çoxdur».
Müəllif daha sonra yazır ki, Tehranın yetərincə zənginləşdirilmiş uran ehtiyatı toplamasına və nüvə silahı yaradılmasının bir addımlığında olmasına İsrail əmindir. Və bu silah yaranarsa, Tehrana qarşı durmaq qat-qat çətin olacaq.
«Washington Post»ın yazdığına görə, indi ABŞ prezidenti Barak Obama və Leon Panetta İsraili inandırmağa çalışırlar ki, Mahmud Ahmedinejat rejimini nüvə proqramı fikrindən daşındırmaq üçün iqtisadi sanksiyalar da yetərlidir.
Düzdür, Leon Panetta şərh verməkdən imtina etsə də deyib ki, ABŞ həqiqətən də İsraili İrana qarşı hərbi əməliyyatın nəticələri ilə bağlı xəbərdar edib.
Ötən həftə İsrailin müdafiə naziri Ehud Barak bəyan edib ki, artıq beynəlxalq ictimaiyyət İrana hərbi zərbə endirməyin zərurətini ciddi şəkildə götür-qoy eləməyə meyllənir. Nazirin dediyinə görə, Qərb dövlətlərinin liderləri İrana qarşı sanksiyalar səmərə vermədiyi halda hərbi zərbə endirmək haqda danışmağın tərəfdarıdırlar.
Bir qədər əvvəlsə İsrail kəşfiyyatının rəhbəri Aviv Koshavi bəyan etmişdi ki, İranın 4 nüvə bombası yaratmaq üçün radioaktiv materialı var.
Beynəlxaql Atom Enerjisi Agentliyi (MAQATE) də bu ilin yanvarında təsdiqlədi ki, İran 4900 kiloqram az zənginləşdirilmiş uran ehtiyatına sahibdir. Ekspertlərə görə, bu ehtiyatın zənginləşdirilməsi həqiqətən də Tehrana 3-4 nüvə bombası hazırlamağa imkan verəcək.
ABŞ, Böyük Britaniya və Fransa İranın bu addımını pisləyir və təxribat sayırlar. Onlar hesab edir ki, Tehran bu yolla beynəlxalq hüququ pozur.
ABŞ, Böyük Britaniya və Kanada ötən ilin noyabrından İran əleyhinə sərt sanksiyalar tətbiq ediblər. Avropa Birliyi isə İran neftinə embarqo qoyub.
İranın ali lideri Ali Khamenei isə ötən həftə deyib ki, Tehran nə Qərbin, nə də İsrailin qarşısından geri çəkilməyəcək.


İrana qarşı yeni Sanksiya Qərarı


Güney Azərbaycan Xəbərləri





İranı nüvə proqramı mövzusunda geri addım atmağa məcbur edən ABŞ, yeni iqtisadi sanksiyaları ortaya qoyur ve İrana tətbiq etdiyi sanksiyaları sərtləşdirir.
ABŞ Başçısı Barak Obama, ABŞ Konqresinə göndərdiyi təbliğində, İrana istiqamətli yeni Maliyyə sanksiyaların tətbiq olunmasının lazımlı olduğunu qeyd etdi.
Beyaz Evin təlimatı uyğun olaraq, ABŞ Maliyyə Nazirliyi bütün İranlı nazirlərin və dövlət quruluşlarının ABŞdaki mal varlıqlarını dondura biləcəklerini söylədi.
Sanksiyalardan ölkənin bütün neft gəlirlərindən məsul olan İran Mərkəz Bankı da təsirlənəcək.
Obama sanksiyaların səbəbini açıqlayarkən, İranın atdığı addımların beynəlxalq Maliyyə sistem üzərində qəbul edilə bilməz risklər yaratdığını dilə gətirdi.
Obama, İran hökumətinin siyasət və hərəkətlərinin ABŞın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatını təhdid etdiyini bildirdi.
İran rəhbərliyi isə ABŞın əl qoyduğu yeni sanksiya qərarlarının nüvə fəaliyyətlərini təsir etməyəcəyini açıqladı.
İran Xarici işlər nazirliyi Sözcüsü Ramin Mehmanpərəst, İran Mərkəz Bankının ABŞ ilə onsuz alver etmədiyini və bu səbəblə sanksiyaların hər hansı bir təsiri olmayacağını dilə gətirdi. Mehmanparast, sanksiyaların yalnız psixoloji döyüş və ABŞın təbliğatı olduğunu müdafiə etdi.

Geri dön