Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Anamın kitabı” yenidən səhnədə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Afişa, Mədəniyyət > “Anamın kitabı” yenidən səhnədə

“Anamın kitabı” yenidən səhnədə


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində C.Məmmədquluzadənin “Anamın kitabı” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş edilib.

Teatrın mətbuat xidmətindən bildirilib ki, iki hissəli tragikomediya Əməkdar Artist Firudin Məhərrəmovun quruluşunda təqdim olunub. Səhnə əsərinin quruluşçu rəssamı Ülviyyə Zərbalıyeva, musiqi tərtibatçısı isə Həmid Kazımzadədir. Səhnə əsərində əsas rolları Əməkdar artistlər Səidə Quliyeva, İradə Həsənova, Ayşad Məmmədov, Kazım Həsənquliyev, Aslan Şirin, aktyorlar Anar Heybətov, Hikmət Rəhimov, Ramin Şıxəliyev və başqaları ifa edib.

1920-ci ildə qələmə alınmış pyesin əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. Əsərdə müxtəlif dövlətlərə meyli olan ziyalıların səhv yol tutduqları tənqid olunur. Müəllifə görə, xalqın nicat yolu kiminsə, hansı dövlətinsə ağuşuna atılmaq yox, Vətən ideyası ətrafında birləşməkdədir.

Geri dön