Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın xarici işlər naziri belçikalı həmkarı ilə görüşüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Azərbaycanın xarici işlər naziri belçikalı həmkarı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri belçikalı həmkarı ilə görüşüb


Cümə günü Brüsseldə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının xarici işlər naziri Didier Reynders ilə rəsmi görüşü keçirilib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan və Belçika arasında ikitərəfli siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi əlaqələrinin inkişaf etdirilməsi üçün geniş imkanlarının mövcudluğu, Azərbaycanın regiondakı beynəlxalq layihələrin həyata keçirilməsində aparıcı rolu və Avropanın etibarlı tərəfdaşı olduğu, Ermənistan -Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, regional və beynəlxalq məsələlər, Əfqanıstandakı vəziyyət, iki ölkə arasında diplomatik və xidməti pasportlara malik şəxslərə münasibətdə vizasız rejimin tətbiq olunması və digər məsələlər müzakirə olunmuşdur.

Hər iki tərəf ölkələr arasındakı münasibətlərin inkişafından məmnunluq ifadə etmiş və bu münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyini qeyd etmişlər. Nazir E.Məmmədyarov görüşün sonunda Belçikalı həmkarını uyğun vaxtda Azərbaycana rəsmi səfərə dəvət etmişdir. Nazir D.Reynders dəvət üçün təşəkkür etmiş və yaxın zamanlarda Azərbaycana səfərinin baş tutacağına ümid etdiyini bildirmişdir.

Geri dön