Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan Xəbərləri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Güney Azərbaycan Xəbərləri

Güney Azərbaycan Xəbərləri


MILLI HƏRƏKAT FƏALI ƏFŞİN ŞƏHBAZİNİN AZADLIĞI ÜÇÜN ÇALIŞAN BLOQ İŞƏ BAŞLAMIŞ




Milli fəal Əfşin Şəhbazinin azadlığı üçün çalışan bloq işə başlamışdır. Bu milli fəal ki, 23 yanvar tarixində Təbrizdə olan öyrəncilik evində tutuqlanmışdır hal hazırda İttilaat idarəsinin xüsusi kamerasında saxlanılır.
efshinshehbazi.blogfa.com adlı internet adresi olan bloq Əfşin bəylə bağlı olan xəbərlər, bəyaniyyələr və Əfşin bəyin yazılarını əks etdirir.
Güney Azərbaycanın Muğan bölgəsindən olan Əfşin Şəhbazi Təbriz universitetinin Əkinçilik mühəndisliyi üzrə öyrəncisidir. Azərbaycan Tanıtım ocağının fəal üzvü olan Əfşin bəy, Yanvar ayının 23-ü tanınmış milli mübariz İbrahım Savalanla birgə tutuqlanmış və tutuqlandığı gündən ondan heç bir xəbər yoxdur.



MALAYZİYA TACİRLƏRİ İRANA BİTKİ YAĞI SATIŞINI DAYANDIRIB


Güney Azərbaycan Xəbərləri





İrana bitki yağı satan malayziyalı tacirlərin bir nümayəndəsi jurnalistlərə açıqlamasında deyib ki, İrana mal satışını 2011-ci ilin son aylarından dayandırıblar.
Bunun səbəbinə gəlincə, malayziyalı tacir deyib: “Satdığımız bitki yağının pulu ödənilmir və İran tərəfi bizə olan borcunu vaxtında qaytara bilmir. İndiki çaxnaşma dolu siyasi vəziyyəti nəzərə alaraq hazırda heç bir Malayziya şirkəti riskə gedib İrana mal satmaq istəmir”.


İsraildən İrana sülh mesajı



Güney Azərbaycan Xəbərləri





Şimon Peres: "İki xalq bir-birinə düşmən olmamalıdır"




İsrail İrana sülh mesajı göndərib. İsrail parlamentinin 63-cü ildönümündə ölkə başçısı Şimon Peres iki xalq bir-birinə düşmən olmamalı olduğunu deyib.
"Biz düşmən kimi doğulmamışıq. Düşmən kimi yaşamamalıyıq. Tarixi mirasımızı düşmənlik bayrağının kölgəsi altında qoymayın".
Ş.Peres İran xalqının döyüş və müharibə deyil, sülh və dostluğu arzulayan həssas bir xalq olduğunu qeyd edib.



MİRHÜSEYN MUSƏVİNİN QIZLARI TƏHDİD EDİLİB

Güney Azərbaycan Xəbərləri






İran müxalifətinin bir ilə yaxındır ev dustaqlığında saxlanan liderlərindən Mirhüseyn Musəvinin qızları təhdid edilib. Xəbəri Musəvi tərəfdarlarına məxsus “Kalameh” saytı yayıb.
, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Musəvi qızlarını həbsə salacaqları ilə təhdid ediblər. Məlumatda həmçinin Musəvinin incəsənətdən dərs deyən qızlarından birinin ali təhsil ocağında tədrisinə qadağa qoyulduğu da bildirilir.
Musəvinin qızlarının təhdid olunması onların müxalifətin həbsdə saxlanan digər lideri Mehdi Kərrubinin oğlanları ilə birgə xalqa müraciətindən bir neçə gün sonraya təsadüf edib. Onların müraciətində deyilir: “Musəvi və Kərrubi qanuna zidd olaraq bir ilə yaxındır ki, həbsdə saxlanır. Onların bizimlə telefon əlaqələri məhdudlaşdırılıb, hər hansı əlaqəyə də güclü nəzarət edilir. Onlar bütün qanuni və insani hüquqlardan məhrum olunublar. Bitərəf qurumların valideynlərimizin sağlamlığına, yeməyinə və onlara verilən dava-dərmana nəzarət etməsinə imkan verilmir. Onların təhlükəsizliyi və harada saxlandığı ciddi şübhə altındadır. Onların həbsdə saxlanması ilə rəsmilərdən heç biri üzərinə öhdəlik götürmür, cavabdeh olmaq istəmir.
Biz Musəvi və Kərrubinin ailə üzvləri olaraq onların həbsdə saxlanmasına kəskin etiraz edir, bu qanuna və insanlığa zidd hərəkətə son qoyulmasını tələb edirik. Valideynlərimizlə belə rəftar edənlər bilməlidirlər ki, bununla Musəvi və Kərrubinin milyonlarla insanın küçələrdə haqq-ədalət uğrunda səsləndirdiyi ideyalara və bu yolda şəhid verən, həbsə, işgəncəyə məruz qalan xalqa verdikləri dəstəyə zərrə qədər də xələl gətirə bilməyəcəklər”.

AYƏTULLAH: “BİR GÜN AYILIB GÖRƏCƏYİK Kİ, HAMI QALSTUK TAXIR”


Güney Azərbaycan Xəbərləri








İranın iqtidaryönlü axundlarından olan ayətullah Mühiyyəddin Haeri Şirazi İslam Təbliğat Təşkilatı rəsmiləri ilə görüşdə ölkədə qalstuk taxanların sayının artmasından narahatlığını bildirib.
Axund deyib ki, İranda qalstuk taxanların sayı gündən-günə artır və bunun qarşısı alınmalıdır: “Ruhanilərin nikah mərasimlərində iştirak etməyi özünə sığışdırmamasının nəticəsidir ki, toylarda və şadlıq saraylarında islam inqilabından sonra yığışdırılan qalstuku yenidən taxır, buna rəvac verirlər. Hətta eşitdiyimə görə, özəl xəstəxanalardan birində işçilərə deyiblər ki, kim qalstuk taxmasa, işdən qovulacaq. Bunun qarşısı alınmalıdır. Yoxsa bir gün ayılıb görəcəyik ki, hamı qalstuk taxır.
İndi elə vəziyyət yaranıb ki, ölkənin milli televiziyasında işçilər dünyadan geri qalmamaq üçün makiyaj edir, bununla öyünürlər. Kinoya gəlincə, din və imanı bir az zəif olanlar gedib aktyor və ya aktrisa olur. Biz bunun qarşısını almaq üçün ən dindar və hizbullahi şəxsləri təşviq etməliyik ki, gedib özləri kino ulduzu olsunlar, batinlərində Allah eşi və qiyamət qorxusu daşıyan həmin şəxslər şıq zahirləri ilə islamı təbliğ etsinlər”.

Geri dön