Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Siyasətçi, döyüşçü və milli fəal Şakir Ağayevin ailəsində ağır itgi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, MDH, Bildiriş > Siyasətçi, döyüşçü və milli fəal Şakir Ağayevin ailəsində ağır itgi

Siyasətçi, döyüşçü və milli fəal Şakir Ağayevin ailəsində ağır itgi


Milli Dirçəliş Hərəkatı Partiyası Qarabağ Departamentinin sədri, partiya sədrinin müavini Şakir Ağayevin qardaşı Bəkir Ağayev dünyasını dəyişib.

Bununla bağlı MDHP sədri, millət vəkili Fərəc Quliyev, şəxsi və rəhbərlik etdiyi Partiya adından Şakir Ağayevə başsağlığı verib. Başsağlığında deyilir:
" Siyasətçi, döyüşçü və milli fəal Şakir Ağayevin milli ruhu ilk əvvəl onun ailəsindən gəlir. Ailənin bütün üzvləri kimi, onun qardaşı Bəkir Ağayev də Azərbaycanın müstəqilliyi uğrunda Azadlıq Hərəkatına, ərazilərimizin bütövlüyü uğrunda döyüşlərə qoşulmuş bir Vətən övladı idi. Bu gün belə bir dəyərli insanın vaxtsız vəfatı bizi çox sarsıtdı. Bəkir Ağayevin bu dünyadan köçməsi bir ailənin deyil, millətin itgisidir. Biz silahdaşları və ideyadaşları olaraq Bəkir Ağayevin vaxtsız vəfatıyla bağlı onun ailə üzvlərinə, bütün döğmalarına və qardaşı partiyadaşımız, Azərbaycanın milli burjaziyasının ilk nümayəndələrindən olan, bütün sərvətini, enerjisini və həyatını Azərbaycanın azadlığı, ərazi bütövlüyü və Milli Dirçəlişinə həsr edən Şakir Ağayevə dərin hüzünlə başsağlığı verir, Vətən oğlunun ruhu şad olsun deyirik!
Dərin hüzünlə, MDHP sədri, millət vəkili Fərəc Quliyev"

Qeyd edək ki, Milli Dirçəliş Hərəkatı Partiyasının Qarabağ Departamentinin rəhbəri, partiya sədrinin müavini Şakir Ağayev, şəxsi vəsaiti hesabına "20 Yanvar" Soyqırımı qurbanlarının cənazələri üçün tabutlar hazırladan sahibkarlardandır ki, sonra Salyanın Çuxanlı kəndində hərbi hissə yaradıb, Qarabağ döyüşlərinin son gününə kimi iştirakçısı olub və erməni girovluğunda olan saysız insanı geri alıb.

MDHP Mətbuat Xidməti

Geri dön