Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Xocalıda qırmızı mələk” tamaşasının Bakıda premyerası olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Afişa > “Xocalıda qırmızı mələk” tamaşasının Bakıda premyerası olub

“Xocalıda qırmızı mələk” tamaşasının Bakıda premyerası olub



Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanan “Xocalıda qırmızı mələk” tamaşasının italyan aktyorların ifasında premyerası olub.
Tamaşadan öncə Xocalı faciəsində həlak olan günahsız insanların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Şura Katibliyinin İcraçı Direktoru Fərasət Qurbanov giriş nitqi söyləyib. O, Xocalı faciəsi haqda məlumat verib. F. Qurbanov çıxışında bildirib ki, Xocalı soyqırımının ildönümü hər il Azərbaycanda və dünyanın bir çox ölkələrində dərin hüznlə qeyd olunur, müxtəlif aksiyalar, tədbirlər keçirilir: “Soyqırım ilə bağlı acı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüskarı və rəhbəri olduğu "Xocalıya ədalət" beynəlxalq kampaniyasının böyük rolu və xidmətləri vardır. Məhz bu kampaniya çərçivəsində sistemli şəkildə aparılan işin nəticəsi olaraq Amerika, Avropa, Asiya və Afrika qitələrinin bir çox ölkələri, o cümlədən bir sıra beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyıb və ya bu istiqamətdə müxtəlif səpkili sənədlər qəbul ediblər” .
F. Qurbanov məlumat verib ki, ötən ilin fevral ayında "Xocalıya ədalət" Beynəlxalq kampaniyasına dəstək olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə İtaliyanın “Associazione Arci Bellezza” təşkilatı tərəfindən “Xocalıda qırmızı mələk” adlı tamaşa hazırlanmış və italyan aktyorların ifasında Milan şəhərində təqdimatı keçirilmişdir. Bu il Xocalı Soyqırımının 24-cü ildönümü ərəfəsində Şura həmin tamaşanı Milanda səhnələşdirən truppanı Bakıya dəvət edib. Bu gün tamaşa Bakı sakinlərinə təqdim ediləcək.
Sonra dövlət rəsmiləri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların və xarici ölkələrin Azərbaycanda olan Səfirliklərinin nümayəndələri, media və QHT təmsilçiləri tamaşanı izləyiblər.
Sonda “Xocalıda qırmızı mələk” tamaşasının hazırlanmasında göstərdiyi yüksək aktyor peşəkarlığına görə Konstanta Buhnevici, Alice Beatrice Carrino, Lunella Çerçi, Francesco Pacelli, Reza Dehghani Rostam və Kristina Monica Mannella, o cümlədən rejissor Nihad İsaya Şuranın Təşəkkürnaməsi verilib. Təşəkkürnamələri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, İtaliyanın Azərbaycandakı səfiri Cənab Campaolo Kutillyo və “APA Holding”-in prezidenti Vüsalə Mahirqızı təqdim ediblər.
Qeyd edək ki, “Xocalıda qırmızı mələk” tamaşası “APA Holding”ə daxil olan Lent.az saytında yayımlanmış reportajlar əsasında çapdan çıxmış “Cəhənnəmdə böyük çığırtı” kitabının motivləri əsasında hazırlanıb. Tamaşanın ssenari müəllifi Səbuhi Məmmədli, quruluşçu rejissoru Nihad İsadır.
Tamaşa Azərbaycan və İtalya musiqilərindən istifadə olunmaqla, Xocalıda girov götürülmüş şəxslərin dramını əks etdirir. “Qırmızı mələk” deyilərkən azərbaycanlı əsirlərin “Qoruyucu Mələyi” adı almış, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində çalışmış isveçrəli Pyer Reyçel nəzərdə tutulur.

Mətbuat xidməti

Geri dön