Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güneyli fəallar Ana Dili Günü münasibəti ilə Ağ Evin önündə aksiya keçirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güneyli fəallar Ana Dili Günü münasibəti ilə Ağ Evin önündə aksiya keçirib

Güneyli fəallar Ana Dili Günü münasibəti ilə Ağ Evin önündə aksiya keçirib


Amerika Birləşmiş Ştatları (ABŞ) paytaxtı Vaşinqtonda 21 fevral Beynəlxalq Ana dili günü münasibətilə aksiya keçirilib.
ABŞ-da yaşayan bir qrup güney azərbaycanlı fəal Ağ Evin önündə toplaşaraq, İranda azərbaycanlıların haqlarının tanınmasına çağırıb. Aksiyaçılar üzərində "İran təkcə farslardan ibarət deyil", "Azərbaycanlı məhbusları azad edin” yazılı plakatlar nümayiş etdirib, “Güney Azərbaycan İran deyil” kimi şüarlar səsləndiriblər.
Aksiyaya qatılan fəallar bəyanatla çıxış edib. Bəyanatda İranda farslardan başqa bir çox etnik mənsubiyyətə aid insanların yaşadığı və azərbaycanlıların İrandakı ən böyük azlıq qrupu olaraq, ölkə əhalisinin üçdə birini təşkil etdikləri, lakin buna baxmayaraq, onların öz ana dilində təhsil almaq hüquqlarının olmadığı bildirilir. Bəyanatda həmçinin qeyd edilir ki, İranda fəaliyyət göstərən azərbaycanlı siyasi fəallar bunun fundamental insan haqqı olduğuna inanır və bu haqqın təmin olunması uğrunda mübarizə aparır.

Geri dön