Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Keçmiş prezidentin müavini Urmu gölü ilə bağlı açıqlama verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Keçmiş prezidentin müavini Urmu gölü ilə bağlı açıqlama verib

Keçmiş prezidentin müavini Urmu gölü ilə bağlı açıqlama verib


"Hökumət Urmu gölü böhranını iki il araşdırdıqdan sonra keçmiş hökumətin nəticəsinə çatıb"



“Hazırkı hökumət Urmu gölü şüarı ilə bu göldə araşdırma işlərini sıfırdan başladı və nəhayət 2 ildən sonra keçmiş hökumətin nəticəsinə çatdı.” Bu sözləri keçmiş prezidentin müavini Seyid Məhəmmədrza Mirtacəddini fevralın 20-də (isfəndin 1-də) Təbrizdə bildirib.
Mətbuat konfransında çıxış edən S.M.Mirtacəddini bəyan edib ki, “Urmu gölünün canlandırılması çöx önəmli məsələlərdən biridir və son illərdə xüsusi diqqət çəkir. Bu məsələ heç bir şəkildə siyasi bir mövzuya çevrilməməli və hərhansı bir düşərgənin inhisarına alınmamalıdır. Urmu gölü böhranını müzakirə etmək üçün bütün millət vəkillərinə şərait yaradılmalıdır… .”

O əlavə edib ki, “Keçmiş hökumət Urmu gölü böhranı ilə bağlı ekspert araşdırmaları apardıqdan sonra 20 plan hazırlamışdır. Lakin indiki hökumət fəaliyyətə başladıqdan sonra ekspert araşdırmalarını sıfırdan başladı və 2 il davam edən araşdırmadan sonra nəhayət keçmiş hökumətin nəzərdə tutduğu 20 proqram barədə qərar qəbul etdi.”

S.M.Mirtacəddini Təbriz-Miayana dəmiryolunun hələ də istifadəyə verilmədiyi ilə bağlı da hökuməti tənqid edib. O bildirib ki, “Təbriz-Miyana dəmiryolunda maliyyə çatışmazlığı ucbatından tikinti işləri yarımçıq qalıb və vəziyyət belə davam edərsə, bu layihə 5 il sonra da həyata keçirilməyəcək. Bu o halda baş verir ki, bölgə əhalisi bu layihənin tezliklə həyata keçirilməsini gözləyir və buna ciddi ehtiyac var.”

Geri dön