Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanlı fəal məhkəməyə çağırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Azərbaycanlı fəal məhkəməyə çağırılıb

Azərbaycanlı fəal məhkəməyə çağırılıb



Təbrizdə daha bir azərbaycanlı fəalın məhkəməyə çağırıldığı barədə xəbər yayılıb.
Əldə etdiyimiz məlumata görə, Əli Əhmədi “sistemin əleyhinə təbliğ” ittihamı ilə Təbriz İnqilab Məhkəməsinin ikinci Şöbəsinə çağırılıb. 2013-cü ildə “Traxtur”la “Əlcəzirə” komandalarının görüşü zamanı yaxalanan fəal, üzərində “Güney Azərbaycan İran deyil” yazılmış plakatın qaldırılmasında günahlanmdırılır.

Qeyd edək ki, Ə.Əhmədi bundan öncə qeyd etdiyimiz dosye ilə bağlı, “ümumi asayişi pozmaq” ittihamı ilə 3 ay 1 gün həbs və 30 zərbə şallaq cəzasına məhkum edilib. Məhkəmə, Ə.Əhmədi və daha 18 fəalın fəaliyyətlərini məhdudlaşdırmaq üçün hökmün icrasını 2 il şərti olaraq təxirə salıb.

Məhkəmənin yeni göndərdiyi çağırış vərəqəsinə əsasən, azərbaycanlı fəal “sistemin əleyhinə təbliğ” ittihamı ilə aprelin 24-də (1395-ci il fərvərdinin 16-da) mühakimə olunacaq.

Geri dön