Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdoğan: “Fransa artıq Minsk Qrupundan çıxmalıdır” (Eksklüziv)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Ərdoğan: “Fransa artıq Minsk Qrupundan çıxmalıdır” (Eksklüziv)

Ərdoğan: “Fransa artıq Minsk Qrupundan çıxmalıdır” (Eksklüziv)


ANS əməkdaşı Qənirə Ataşovanın Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla açıq söhbəti



ANS: Cənab baş nazir Fransa məlum qanun layihəsini qəbul etdi. Sizcə bu layihənin qəbulu seçkiqabağı kampaniyadır, yoxsa erməni diasporunun gücü?

Rəcəb Tayyib Ərdoğan: Əvvəlcə Fransa prezidenti Sarkozi bildiyiniz kimi bir müddət əvvəl Ermənistana səfər etmişdi. Bu Ermənistan səfərində Türkiyə əleyhinə açıqlamalar verdi və bu açıqlamaları ilə Fransada parlament və senatında nə ediləcəyəni ortaya qoydu. Və buna görə kampaniyanı elə oradan da başladılar. Bu, əslində bir seçki kampaniyasıdır. Məlumdur ki, mayda Fransada prezident seçkisi olacaq və bu seçkidə Sarkozi ya qalacaq, ya da gedəcək. İtirərsə, siyasəti buraxacağını deyir. İndi də araşdırmalar göstərir ki, ana müxalifətin ilideri olan Holand öndə gedir. Sarkozi təəssüf ki, ermənilərlə olan münasibətlərində səmimi davranmadı. Düz davranmadı. Əslində, Sarkozi tərəf olduğunu ortaya qoydu. Bu dəqiqə Sarkozi, Fransa Minsk qrupunda yer alırmı? Alır. Amerika, Rusiya və Fransa. İndi burada xüsusilə Sarkozi erməniərlə bağlı ortaya qoyduğu mövqeyi ilə tərəf olduğunu açıq olaraq isbat etdi. Bu vəsiləylə Fransanın Minsk qrupundan çıxmalıdır. Fransa sadəcə Türkiyəyə qarşı belə bir addım atmayıb. Eyni zamanda da Dağlıq Qarabağ mövzusunda tərəf olduğunu ortaya qoyması ilə, Minsk qrupunda da Fransanın hər hansı bir mövqeyinə və düşüncəsinə, oradakı hakimliyinə güvənmək olmaz. Burada xüsusi ilə Azərbaycan rəhbərliyinin və azərbaycanlı qardaşlarımın da diqqətli olması lazımdır. Təbii ki, bu qanun layihəsi məclislərdə səsvermə verilərək keçdi. Və ardından da sağ olsun Fransanın keçmişindən bu gününə qədər xüsusilə fikir azadlığı baxımından atılan addımlar var. Bütün bu addımlar nəticəsində bu günə qədər Fransanın etmədiyini Sarkozi iqtidarı ortaya qoymuş oldu. Bu tələyə düşməyən millət vəkilləri ortaya çıxdılar. Senatorlar ortaya çıxdılar. Onların səsvermələri nəticəsində işi Ali Məhkəməyə göndərməyi qərara aldılar. Ali məhkəmə bu işə keçmişə görə isti baxmadı. Arzu edirik ki, bu səhv qısa zamanda Fransanın keçmişinə, Avropa Birliyinin siyasətinə uyğun verəcəkləri qərarla düzəldilsin.

ANS: Siz Türkiyə olaraq Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çəkilməsini tələb edirsiniz. Bu baş versə, regionun perspektivi necə olacaq?

Rəcəb Tayyib Ərdoğan: Bu anda Fransanın buradan çəkiləcəyi təqdirdə bu işin hakimliyini Amerika və Rusiya edəcək. Təbii burada işin nəhayətində BMT Təhlükəsizlik Şurasının da məsələyə müdaxilə etməsi ilə illərdən bəri uzanan bu mövzu ilə bağlı bir qərara gəlinməlidir. Tez qərar veriləcəyi təqdirdə ABŞ, Rusiya və əlavə olaraq mütləq 3-cü ölkə lazım olsa, 3-cü ölkə tapıla bilər. 3-cü ölkə tapılması ilə qərara gəlmək lazımdır. Çünki, Azərbaycana bu qədər iztirab çəkdirməyə heç kimin haqqı yoxdur. Naxçıvan bir tərəfdə, Azərbaycan bir tərəfdə, Dağlıq Qarabağ bir tərfdə. Onlar hamısı bu dəqiqə veriləcək qərarı gözləyirlər. Verilə biləcək qərar isə yoxdur. Arzu edirik ki, bu qərarlar verilmiş olsun və beləcə də bölgədəki sıxıntı da geridə qalmış olsun.

ANS: Türkiyə Ermənistana qarşı niyə bu qədər dözüm nümayiş etdirir? Çünki, Ermənistan Türkiyəyə qarşı çox ədalətsiz mövqe tutur. Digər tərəfdən də qondarma soyqırımını bütün dünyaya tanıtmaq üçün əlindən gələni edir. Bu il də 100 illiyini keçirməyə hazırlaşırlar. Çox güman ki, bunu ABŞ-da da qəbul etdirmək üçün əllərindən gələni edəcəklər. Türkiyə bunun qarşısını necə alacaq?

Rəcəb Tayyib Ərdoğan: Onlar təbii işlərini görəcəklər. Biz də onsuz da bu mövzuda işlərimizi görürük. Biz dünyadakı erməni diasporasının iddialarını qəbul etmirik. Biz deyirik ki, baxın biz bütün arxivlərimizi açdıq. Gəlsinlər tarixçilər və hüquqşünslar araşdırmalarını etsinlər. Öz arxivləri də varsa onları da açsınlar. 3-cü ölkələrdə də varsa onlar da açsınlar. Bu işin qərarını parlamentlərdə siyasətçilər deyil, tarixçilərin edəcəyi hazırlıqlardan sonrasiyasətçilər verməlidirlər. Tarixçilər işləsinlər. Bunlar siyasətçilərə tarix yazdırırlar. Siyasətçilər tarix yazmazlar. Onlar tarixçilərin araşdırmalarından sonra qərarlarını verərlər. Biz parlamentlərin işlərinin də məhz bu olduğunu bilirik. Bu olduğuna inanırıq. Demokratik dəyərlərdə bu onsuz da belədir. Başqa cür olmaz.

ANS: Əslində Türkiyə də Ermənistana qarşı soyqırımı iddiası ilə çıxış edə bilər. Arxivlər açıqdır. Siz bunu dəfələrlə demisiniz. Amma çox uzağa getmək lazım deyil. Sadəcə 20 il əvvəl baş vermiş Xocalı soyqırımı ki, bununla bağlı video-görüntülər, fotoşəkillər, hətta şahidlər var. Bu soyqırımını tanıdaraq Türkiyə Ermənistana qarşı adevkat addım ata bilər?

Rəcəb Tayyib Ərdoğan: Bu addımların atılmaması mövzu deyil. Onsuz da Xocalı qətliamı hər zaman bizim gündəmimizdədir. Hər zaman bunları müzkirə edirik. Bununla bağlı siyasi qərar verilməsi lazımdırsa bu məsələdə də Türkiyənin işi çətin deyil. Bunları rahatlıqla verə bilərik. Yol xəritəsini cızarıq və yol xəritəsini cızdıqdan sonra da bu addımları rahatlıqla atılar.

ANS: Azərbaycanda bu sual çox soruşulur?

Rəcəb Tayyib Ərdoğan: Rahatlıqla bunlar aşıla bilər. Bunlar bizim üçün çətin məsələ deyil.

ANS: Azərbaycan dövləti və xalqının Türkiyə və Fransa münasibətlərindəki sərtləşmədə tutduğu mövqe sizi qane edir? Rəsmi Bakı bundan artıq nəsə edə bilərdi? Sizin gözlədiyiniz nə idi?

Rəcəb Tayyib Ərdoğan: Təbii azərbaycanlı qardaşlarımız istər Fransada, istərsə də Azərbaycanda əllərindən gələni ortaya qoydular. Edə biləcəklərini gördüyümüz qədər və təqib etdiyimiz qədər də etdilər. Təbii daha çox nələrsə etmək olar. Çünki görüləcək işlərin sərhədi yoxdur. Ola bilər ki, biz də bəlkə görəcəyimiz işlərin hamısını görə bilərik. Ola bilər bizlər də daha çox şeylər edə bilərik. Bunun üçün təbii qarşıdakı zamanda çox fərqli işlər görməliyik. Çox böyük çalışmalar içindəyik. Amma mənim deyəcəyim budur. Türkiyə və Azərbaycan sadəcə bu mövzuda deyil, bütün mövzularda bu həmrəyliyi, bu bir-birimizə olan dəstəklərimizi davam etdirməyimiz lazımdır və bunlardan heç geriyə addım atmamalıyıq.

ANS: Fransanın bu addımı Türkiyə - Ermənistan münasibətlərinə necə təsir göstərəcək? Sürih protokolları olduğu yerdə qalacaq, yoxsa daha irəliyə gedə bilərmi?

Rəcəb Tayyib Ərdoğan: İndi bizim bəzi sanksiyalarımız var. Təbii biz Konstitusiya şurasının (Anayasa konseyi) cavabını gözləyirik. Çıxacaq qərardan sonra təkrar durumu dəyərləndirəcəyik. Və bundan sonra da addımlarımızı atacağıq.

ANS: Türkiyə ilə Azərbaycan strateji müttəfiqdirlər. Bu ölkənin baş naziri kimi Azərbaycana səfər edəcəyiniz xəbərini aldıq. Hansı məsələləri müzakirə edəcəksiniz?

Rəcəb Tayyib Ərdoğan: Əvvəlcə gəlmə tarixini dəqiqləşdirək. O tarixə qədər daha çox şeylər dəyişə bilər. Ona görə yola çıxdığımızda başda Türkiyə-Azərbaycan arasında ikitərəfli münasibətlər olmaqla, təbii ki, bölgədə baş verənlər xüsusilə də ən vacibi, enerji mövzusu ən vacibidir. Bunu ətraflı müzakirə etmək fürsətimiz olacaq. Fəqət bir də bizim İlham qardaşımla (Azərbaycan prezidenti İlham Əliyev) aramızda məsafə yoxdur. O istədiyində mənə zəng edir və telefonlarımız anında açılır. Mən istədiyimdə anında açılır və biz telefonla əlaqə qururuq. Amma bir araya gəlib danışmağımız çox fərqli olur, yaxşı olur.

ANS: Bu sualı həm də ona görə verirəm ki, ölkələrimiz strateji müttəfiqlərdir. Bu məsələ də strateji bir mövzudur. Türkiyə ilə Azərbaycanın bundan da vacib müzakirə edəcəyi hansı məsələ ola bilər ki?

Rəcəb Tayyib Ərdoğan: Bir az əvvəl ifadə etdiyim kimi bu strateji əlaqələrin içində bölgədə, xüsusən də Yaxın Şərqdə çox maraqlı hadisələr var. Bunları da təbii geniş bir formada müzakirə etməyimiz lazımdır. Məlum, terrorla bağlı bölgədə sıxıntılar var. Bunları bizim davamlı olaraq müzakirə etməyimiz lazımdır. Amma dediyim kimi bizim siyasi, hərbi, iqtisadi, ticari və mədəniyyət sahəsində, bütün sahələrdə, xarici siyasətdə bu məsələləri dəyərləndirməyimiz lazımdır. Bunları İnşallah qardaşımla təkrar müzakirə edərik.

ANS: Türkiyə ilə Azərbaycan arasındakı qaz məsələsi tamamilə həllini tapdı deyə bilərikmi?

Rəcəb Tayyib Ərdoğan: Bizim o mövzuda aramızda problem yoxdur. Bizim qarşımızda olan ən vacib məsələ artacaq Azərbaycan təbii qazının Avropaya gedişidir. Bunun yanında təbii Azərbaycanın İzmirdəki layihələri çox böyük məsələdir. Orada Azərbaycan çox ciddi bir layihənin içindədir. Və İlham qardaşımla bərabər orada təməl atıb açılış etdik. Orada bir şəhər var. Limanları ilə hər şeyi ilə. Və bu şəhərin sahibi SOCAR və Azərbaycandır. Beləcə, təbii aramızdakı körpü bağlarında önəmli bir yatırımdır. Bu, sürətlə inkişaf edir və buna dəstək olacaq xətt var. Bunun üçün də Azərbaycanda çıxarılacaq qazla bu xətti də çəkmiş olacağıq. Bu mövzu ilə bağlı görüşləri nazirliklər arasında dostlarımız yürüdürlər. Və aramızda bizim bu mövzuda problemimiz yoxdur.

ANS: İran ətrafında çox ciddi məsələlər baş verir. Bu məsələdə Avropa və ABŞ-la ortaq nöqtəyə gələ bilirsinizmi?

Rəcəb Tayyib Ərdoğan: Gəldiyimz və gələmədiyimiz nöqtələr var. Məsələn biz nüvə silahı mövzusunda ABŞ-la fərqli bir nöqtədəyik. Biz Braziliya, Türkiyə olaraq bu mövzuda BMT Təhlükəsizlik Şurasının aldığı qərara fərqli yanaşırıq. Çünki bizim ABŞ-la etdiymiz görüşlər əsasənda İrana sözləşmə mətni göndərdik. Və sözləşmə daxilində də hərəkət etdik. İrandan da bunun sözünü aldıq. Və uran zənginləşdirilməsində də xaricdən alma mövzusunda söz aldıq və bu işləri Türkiyədə görmək olar, vədini aldıq. Bizdən istənilən bunlar idi. Amma buna baxmayaraq təəssüf ki, BMT Təhlükəsizlik Şurasından belə bir qərar çıxdı. Təbii orada biz tərs düşdük. Bundan sonrakı müddətdə də bəzi addımlar atılır. Amma bunların bəziləri var ki, Türkiyənin xaricində olması gərəkən, Türkiyənin xaricində atılması gərəkən addımlardır. Və biz təbii bu addımların hamısını onlar elə istəyir deyə etmək məcburiyyətində deyilik. Çünki bu bölgə artıq çox yoruldu. Bir gərginlik var. Bu gərginlikdən də qurtulmağımız lazımdır. Ona görə də sülh yollarını axtarmaqda məcburuq deyə düşünürəm.

ANS: Türkiyə həqiqətən öz çiyninə ağır yük götürüb. Bir tərəfdən regionda baş verən siyasi hadisələr, bir tərəfdən də İran Suriyada baş verənlərə görə Türkiyəni ittiham edir. Niyə məhz Türkiyə? Axı, Türkiyə bu problemləri həll etməyə çalışır.

Rəcəb Tayyib Ərdoğan: Son zamanlar xüsusən də Suriyada meydana gələn hadisələrə baxdığımız zaman bizim Suriya rəhbərliyi ilə dostluğumuz bəllidir. Ancaq Bəşər Əsəd bu dostluğun qiymətini bilmədi. Bu anda oradakı vətəndaşını, xalqını və qardaşlarımızı tank və toplarla, hələ müqəddəs Əhya gecəsində məscidləri bombalayaraq şəhid etdilər. 300-dən artıq qardaşımız şəhid oldu. Bu ana qədər şəhid sayı 7 mini keçib. Belə bir vəziyyətdə artıq Suriya xalqının bu hakimyyətə etibarı qalmayıb. İnanmırlar. Bəşər Əsəd hakimiyyəti qəti olaraq buraxmalıdır. Artıq bu nöqtəyə gəliblər. Bunun başqa çarəsi yoxdur və o bu hakimyyətdə qala da bilməz. Əgər indi deyirsə ki, Rusiya və İran qalmağımı istəyir, heç zaman rəhbərliklər öz xalqları ilə tərs düşdükləri müddətdə orada qala bilməzlər. Və islahatlar barədə verdiyi vədlərin heç birini etməyib. Bu mövzuda da düz davranmır. Bunu əslində Rusiya da bilir. İran da bilir. Bildikləri halda təəssüf ki, burada törədilən insanlıqdan kənar vəhşiliyə göz yumurlar. 7-dən 70-ə insanlar öldürülür, uşaqlar öldürülür. Qadınlar şəhid edilir. Bütün bunlar bilindiyi və görüldüyü halda bunlara səssiz qalırlar. Liviya modelini ortaya qoyurlar. Orda fərqli bir hadisədir. Suriya fərqlidir. Hər ölkəni öz şərtləri içində dəyərləndirmək lazımdır. Amma burada lazım olan işi Rusiyanın və İranın da etməsi lazımdır. Bunların hər ikisi ilə görüşlərimiz olur. Biz Türkiyə olaraq görüşlərimizi başlatmışıq. Davam edirik və bu belə də gedərsə daha da artacaqdır. Təbii ki, İranda da bəzi bənzər hadisələr olur. Orada da baxırsan ki öz baş nazirinin köməkçisinə, maliyyə nazirinə, prezidentin birinci köməkçisinə, onların qaldığı evin qarşısına tanklar gətirilir və oradan tankın lülələri onlara istiqamətləndirilərək psixoloji müharibə edirlər. Bunlar eyni zamanda öz ölkələrinin ortağıdır. Öz ölkəsinin ortağına bir baş nazir bunları edərmi? Belə bir siyasət olarmı? Yəni bunlar siyasəti bilmirlər? Və Türkiyə bizim daxili işlərimizə qarşmasın deyirlər. Türkiyə sənin daxili işlərinə qarışmır. Sənin daxili işlərinə qarışanlar başqa ölkələrdir. Və illərdir sənin daxili işlərinə qarışdılar və orada 100 minlərlə insan öldürüldü və sənin səsin çıxmadı. İndi qalxıb Türkiyə mənim daxili işimə qarışır deyə söz atırlar. Belə şey ola bilərmi? Bunu özləri ilə də danışdıq. Mən təbii azərbaycanlı qardaşlarımın da bunları bilməsində fayda görürəm. Və biz bu günə qədər İraqın daxili işlərinə qarışmadığımız kimi onun tez bir zamanda ayağa qalxması üçün əlimizdən gələn dəstəyi verdik. Onlarla yüksək əməkdaşlıq anlaşmaları imzaladıq və istədik ki, İraqın öz ərazi bütövlüyü içində məzhəb və etnik ayrıseçkilik olmasın. İraqlılıq düşüncəsi içində hamısı bir biri ilə əl-ələ verib İraqı ayağa qaldırsınlar. Amma bunu anlamadı və anlamaq istəmədi.

ANS: Mən indi dünyanın ən güclü liderindən müsahibə götürürəm, bu da bir şansdır. Son olaraq siz nə demək istəyərdiniz?

Rəcəb Tayyib Ərdoğan: Mən xüsusilə Azərbaycandakı qardaşlarıma Türkiyədən paytaxtımız Ankaradan bütün millətim adından təşəkkürlərimi bildirirəm. Bunu bilməyinizi istəyirəm biz Azərbaycanı, qardaş Azərbaycan xalqını, qardaşlarımızı sevrik, əl-ələ, çiyin çiyinə dayanaraq İnşallah böyük lider Heydər Əliyevin ifadə etdiyi kimi "iki dövlət tək millət" olaraq işıqlı gələcəyə gedəcəyik. Xeyirli olsun.

ANS: Cənab baş nazir bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirəm. Biz sizdən çox şey öyrənirik. Çox sağ olun deyirəm.

Geri dön