Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran PKK terrorçularına raket başlıqları verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > İran PKK terrorçularına raket başlıqları verib

İran PKK terrorçularına raket başlıqları verib


İran Suriyada PKK-ya açıq şəkildə hər cür dəstək verməyə davam edir.
Davam.az Publika.az-a istinadən xəbər verir ki, Türkiyə mediasına verdiyi məlumata görə, Suriyada atəşkəs razılığı əldə olunandan sonra İran Suriyada şiə döyüşçülərinin sayını artırmağa başlayıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən Livan (Lübnan), İraq, İran və Əfqanıstan kimi ölkələrdən Suriyaya döyüşmək üçün daha 1200 hərbçi göndərilib. Yeni gətirilən canlı qüvvələrin “Asaib ehlil Hak”, “Hareket'ül Nucabe” və “Hizbullah” təşkilatının İraq qoluna bağlı olduğu deyilir.
SEPAH yeni gətirdiyi şəxsləri Hələbdə yerləşən və Bəşər Əsəd rejiminin nəzarətində olan “El-Esad” Hərbi Akademiyasına təlim üçün göndərib.
Türkiyə kəşfiyyatının əldə etdiyi məlumata görə, bu yaxınlarda SEPAH-ın Cavad adlı generalı Suriyada PKK terror təşkilatının PYD qüvvələrinin komandiri Sipan Hemo ilə gizli görüş keçirib. Görüş zamanı iranlı generalın PYD terror təşkilatı başçısına 3,5 milyon dollar pul və raket başlıqları verməsi barədə məlumat əldə edilib. SEPAH-ın gətirdiyi 1200 nəfər hərbçinin də yaxın vaxtlarda PKK-ya dəstək vermək üçün bölgəyə göndəriləcəyi barədə gizli razılaşmanın əldə edildiyi ehtimal edilir.

Geri dön