Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ankarada Güney Azərbaycan mövzusu ilə bağlı konfrans keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ankarada Güney Azərbaycan mövzusu ilə bağlı konfrans keçirilib

Ankarada Güney Azərbaycan mövzusu ilə bağlı konfrans keçirilib


Martın 6-da Türkiyənin paytaxtı Ankarada “GAMAC” təşkilatının sözçüsü, Məhsa Mehdilinin iştirakı ilə Güney Azərbaycan mövzusu ilə bağlı konfrans keçirilib.
“Ötükən” ictimai-düşüncə jurnalının təşəbbüsü ilə keçirilən konfransa Ankara universitetlərində təhsil alan tələbələr qatılıb. “GAMAC”ın sözçüsü Məhsa Mehdili konfransda çıxış edərək İranda Azərbaycan türklərinin azadlıq və demokratiya uğrunda apardığı mübarizəsinin tarixindən və mərkəzi Təbriz olan Güney Azərbaycan milli hərəkatının formalaşmasına səbəb olan amillərdən danışıb.
Ankarada Güney Azərbaycan mövzusu ilə bağlı konfrans keçirilib

Ankarada Güney Azərbaycan mövzusu ilə bağlı konfrans keçirilib

Öz çıxışında xanım Mehdili həmçinin İranda açıq siyasi atmosferin olmamasından, ölkəyə hakim olan boğucu şəraitdən və onun milli hərəkata təsirindən, eləcə də Azərbaycan türk kimliyi əsasında formalaşan milli hərəkatın əsas istiqamət və prinsiplərindən danışıb. “GAMAC” sözçüsü, həmçinin Sulduz və Urmiya gölünün tarixi əhəmiyyəti, eləcə də Güney Azərbaycanın Qərb hissəsində meydana çıxmış “Pjak” kürd terrorizminin təlükəsi barədə ətraflı məlumat verib.

İranda azərbaycanlı fəallara göstərilən təzyiqlərdən və onlara qarşı çıxarılan ədalətsiz hökmlərdən, ölkənin qapalı siyasi durumundan və demokratik prinsiplərdən uzaq olan son parlament seçkilərindən danışan xanım Mehdili, Aərbaycan milli hərəkatının bölgədə tanınmasını xüsusi vurğulayaraq konfrans iştirakçılarının suallarını cavablandırıb.

Geri dön