Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran rəsmisi: “Babək Zəncani və daha 2 nəfər edama məhkum edilib”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran rəsmisi: “Babək Zəncani və daha 2 nəfər edama məhkum edilib”

İran rəsmisi: “Babək Zəncani və daha 2 nəfər edama məhkum edilib”



İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsüni Ejei martın 6-da jurnalistlərə açıqlamasında ölkəyə qoyulan beynəlxalq sanksiyalar zamanı ölkə neftinin gizli yollarla satışa çıxarılmasında rolu olan tanınmış milyarder Babək Zəncaniyə ölüm hökmü çıxarılmasından danışıb.
Möhsüni Ejei deyib ki, Babək Zəncani və neft dosyesi ilə bağlı ittiham olunan daha 2 nəfər edama məhkum edilib: “İlkin məhkəmə bu 3 nəfəri İran Milli Neft Şirkətinin pullarını mənimsəməkdə və ona olan borcunu qaytarmamaqda günahlandıraraq edama məhkum edib”. Ejei edama məhkum edilən digər 2 müttəhimin adlarını mediaya açıqlamayıb.

Qeyd edək ki, bir neçə il öncə adi bir vətəndaş olan Babək Zəncani, keçmiş prezident Mahmud Əhmədinejadın prezidentliyi dövründə hakimiyyətdəki bəzi tanışlarının yardımı ilə hökumətlə əməkdaşlığa cəlb edilərək ölkə neftini gizli yollarla xarici bazarlara çıxarmaq üçün ona şərait yaradılıb. Babək Zəncani İranın ETTELAAT və iqtisadiyyat nazirlərinin, eləcə də İran Mərkəzi Bankı rəisinin yardımı və tapşırığı ilə ölkəyə qoyulan beynəlxalq sanksiyalardan yaxa qurtarmaq məqsədilə ölkə neftinin gizli yollarla ucuz qiymətə satışını bir başa üzərinə götürərək, satılan neftin pulunun böyük bir hissəsini xarici banklardakı şəxsi hesablarına yatırıb.

Bununla da Zəncani qısa müddət ərzində adi bir vətəndaşdan böyük bir milyarderə çevrilərək İranda və xarici ölkələrdə 67 iri şirkətin, onlarla təyyarə və bankın və onlarla digər obyektin sahibinə çevrilib. Zəncani satdığı neftdən hökumətin payına düşən payını ödədiyini bildirsə də, İran rejimi onu neft pullarını mənimsəməkdə günahlandırır və həmin pulların qaytarılmasını tələb edir.

Bəzi təhlilçilərin fikrincə, Babək Zəncani mənimsədiyi pulların hamısını özünə götürməyib və o, həmin pulları hakimiyyətdəki bəzi yüksək rütbəli şəxslər və siyasi cərəyanlarla paylaşıb. Məhkəmə prosesində neft satışından əldə edilən pulların nələrə sərf edildiyi və kimlər arasında paylandığı barədə əlində çoxlu sənəd olduğunu bildirən Zəncani, həmin şəxslərin və cərəyanların adlarını açıqlamayıb.

Hazırda Babək Zəncaninin ümumilikdə 13 milyard dollardan çox sərvəti olduğu bildirilir. Onun edamı isə neft dosyesi ilə bağlı milyonlar qazanmış və pərdə arxasında gizli qalmış yüksək rütbəli rəsmilərin adlarının həmişəlik gizli saxlanılmasını təmin edə, onların ifşa olunmasının qarşısını ala bilər.

Geri dön