Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan ilə Qətər arasında əlaqələr uğurla inkişaf edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Azərbaycan ilə Qətər arasında əlaqələr uğurla inkişaf edir

Azərbaycan ilə Qətər arasında əlaqələr uğurla inkişaf edir


Martın 8-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Qətər arasında mövcud olan dostluq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulandı, siyasi, iqtisadi, mədəni sahələrdə tərəfdaşlığın səmərəli nəticələr verdiyi məmnunluqla qeyd olundu.

Bu səfərin və keçirilmiş görüşlərin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini söyləyən Baş nazir Artur Rasizadə siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi imkanlardan səmərəli istifadə etməyin zəruriliyini bildirdi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazir Artur Rasizadə problemin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini diqqətə çatdırdı.

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ölkələrimiz arasında əlaqələrin, xüsusilə də iqtisadi sahədə əməkdaşlığın genişlənəcəyinə ümidvar olduğunu bildirdi.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Geri dön