Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təbriz Şəhər Şurasının saxlanılan üzvünün ittihamı açıqlanıb
Təbriz Şəhər Şurasının saxlanılan üzvünün ittihamı açıqlanıb |
Məlumat verdiyimiz kimi, Təbriz Bələdiyyəsi və Şəhər Şurasında ən azı 2 vəzifəli şəxsin saxlanıldığı barədə xəbər yayılıb. Artıq saxlanılan şəxslərdən birinin nədə ittiham olunduğu da məlum olub. Ədliyyə Nazirliyi Şərqi Azərbaycan Şöbəsinin rəisi, Təbriz Şəhər Şurası üzvünün saxlandığı barədə yayılan xəbəri təsdiq edərək, onun rüşvət almaq və sözləşmədə ittiham olunduğunu açıqlayıb. Hikmətəli Müzəffəri bildirib ki, “müttəhim Bələdiyyə işçilərinin bəzilərindən rüşvət alaraq, onlara Bələdiyyə İdarəsinin müəyyən postlarına təyin olunacaqlarını bildirib. O həmçinin işçilərlə sözləşərək onların təkliflərini həyata keçirməyə çalışıb.” H.Müzəffəri öz açıqlamasında Şəhər Şurası üzvünün mənimsəmə işlərində ittiham olunmadığını da diqqətə çatdırıb. Xatıərladaq ki, ötən günlərdə bəzi kütləvi informasiya vasitələri, xüsusi ilə də sosial şəbəkələrdə Təbriz Bələdiyyəsi və Şəhər Şurasında bir neçə vəzifəli şəxsin tutulduğu barədə məlumat yayılıb. Təbriz Valiliyi isə Bələdiyyə İdarəsi məsullarından yalnız biri və Şura üzvlərindən də birinin tutulduğunu rəsmən təsdiqləyib. Geri dön |