Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tehranın üstörtülü bazarında baş verən güclü partlayışda ən azı 39 nəfər ağır xəsarət alıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Tehranın üstörtülü bazarında baş verən güclü partlayışda ən azı 39 nəfər ağır xəsarət alıb

Tehranın üstörtülü bazarında baş verən güclü partlayışda ən azı 39 nəfər ağır xəsarət alıb


Martın 16-sı axşam saatlarında Tehranın üstörtülü köhnə bazarının Qeysəriyyə pasajında baş verən güclü partlayışda ən azı 39 nəfər ağır bədən xəsarəti alıb.
Hadisə, Qeysəriyyə pasajında, qızıl əşyaları satan mağazaların yerləşdiyi ərazidə baş verib. Partlayışdan az sonra hadisə yerinə gələn təcili tibbi yardım maşınları yaralıları Tehranın müxtəlif xəstəxanalarına yerləşdiriblər. Hadisənin səbəbi hələlik dəqiq bilinməsə də, güman edilir ki, qızıl ərdidən qaz balonlarından birinin partlaması buna səbəb olub. Hadisə polis tərəfindən araşdırılır.

Hadisə yerinə gələn Tehran hüquq-mühafizə qüvvələrinin komandanı Hüseyn Sacediniya jurnalistlərə açıqlamasında deyib ki, O, partlayıcı maddələrin partlayışa səbəb olduğu ehtimalını rədd edir: “Bunun partlayıcı maddələrlə əlaqəsi yoxdur. İlkin qənaətimizə görə, partlayışın səbəbi, bəzi kimyəvi maddələrdən düzgün istifadə edilməməsi ilə əlaqədardır. Məsələnin araşdırıldığı bəyan edən polis komandanı bildirib ki, partlayış hadisəsində ölənlər yoxdur və yalnız 39 nəfər orta və ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdiriliblər. Sacediniya deyib ki, xəsarət alanlardan bəzilərinin səhhəti ağırdır.

Geri dön