Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Siyasətçi, döyüşçü və milli fəal Şakir Ağayevin ailəsində ağır itgi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasi partiyalar, Bildiriş > Siyasətçi, döyüşçü və milli fəal Şakir Ağayevin ailəsində ağır itgi

Siyasətçi, döyüşçü və milli fəal Şakir Ağayevin ailəsində ağır itgi


Milli Dirçəliş Hərəkatı Partiyası Qarabağ Departamentinin sədri, partiya sədrinin müavini Şakir Ağayevin anası Mümkünat xanım Ağayeva dünyasını dəyişib.

Bununla bağlı MDHP sədri, millət vəkili Fərəc Quliyev, şəxsi və rəhbərlik etdiyi partiya adından Şakir Ağayevə başsağlığı verib. Başsağlığında deyilir:
" Siyasətçi, döyüşçü və milli fəal Şakir Ağayevin milli ruhu ilk əvvəl onun ailəsindən gəlir. Ailəsində isə bu ruhda onu böyüdən Anadır. Bu gün belə bir dəyərli insanın vaxtsız vəfatı bizi çox sarsıtdı. Belə Anaların dünyadan köçməsi bir ailənin deyil, millətin itgisidir. Biz, Şakir bəyin silahdaşları və ideyadaşları olaraq Mümkünat Ananın vaxtsız vəfatıyla bağlı onun ailə üzvlərinə, bütün döğmalarına və övladı partiyadaşımız, Azərbaycanın milli burjaziyasının ilk nümayəndələrindən olan, bütün sərvətini, enerjisini və həyatını Azərbaycanın azadlığı, ərazi bütövlüyü və Milli Dirçəlişinə həsr edən Şakir Ağayevə dərin hüzünlə başsağlığı verir, Vətən oğlunun ruhu şad olsun deyirik!
Dərin hüzünlə, MDHP sədri, millət vəkili Fərəc Quliyev"

Qeyd edək ki, Milli Dirçəliş Hərəkatı Partiyasının Qarabağ Departamentinin rəhbəri, partiya sədrinin müavini Şakir Ağayev, şəxsi vəsaiti hesabına "20 Yanvar" Soyqırımı qurbanlarının cənazələri üçün tabutlar hazırladan sahibkarlardandır ki, sonra Salyanın Çuxanlı kəndində hərbi hissə yaradıb, Qarabağ döyüşlərinin son gününə kimi iştirakçısı olub və erməni girovluğunda olan saysız insanı geri alıb.

MDHP Mətbuat Xidməti

Geri dön