Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dərbənd qədim yunan və Roma mənbələrində
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Dərbənd > Dərbənd qədim yunan və Roma mənbələrində

Dərbənd qədim yunan və Roma mənbələrində


Böyük Qafqazın Şərq ətəklərində yerləşən, Xəzərin Qərb sahilində qərar tutan Dərbənd qalası son dərəcə əlverişli təbii-coğrafi şəraitə, iqtisadi və strateji mövqeyə malikdir. Onun əhəmiyyətini daha da artıran isə Qafqaz dağları ilə Xəzər dənizi arasında bir keçiddə yerləşməsidir.
Bu keçidə Dərbənd keçidi də deyilir. Ulu babalarımızın «Dəmir qapı» adlandırdığı Dərbənd əsrlər boyu yurdumuzun iç qalası kimi şöhrətlənmişdir. Bu qalanın şöhrəti o qədər böyük olmuşdur ki, onun sədası əsrlərin dərinliklərindən gəlmiş, müxtəlif mənbələrdə onun adı müxtəlif cür səslənmişdir. Qədim yunan və Roma mənbələri onu «Kaspi qapıları» və «Alban qapıları», alban və gürcü mənbələri «Çola qapısı», «Hun keçidi», «Dəniz qapıları», ərəb mənbələri isə «Bab əl-əbvab», yəni «qapılar-qapısı» adlandırmışlar.
Qədim Dərbənd qalası və Dərbənd keçidi boyunca olan torpaqlarda yaşamış ulu babalarımız bu keçidi daim öz əllərində saxlamış, möhkəmləndirmişdir. Bu keçidin ticari-iqtisadi əhəmiyyəti ilə yanaşı, çox böyük hərbi əhəmiyyəti də vardı. Şimaldan Azərbaycana və başqa cənub ölkələrinə hücum edən tayfalar həmişə bu keçiddən istifadə etmişlər. Onların hücumlarının qarşısını almaq üçün yerli hakimlər keçid boyu gözətçi məntəqələri və başqa müdafiə qurğuları tikdirmişdilər.
Dərbəndin müdafiə kompleksi əsasən şimal və cənub darvazalarından, Dağbarı və möhtəşəm qaladan ibarətdir. Təxminən eyni dövrün məhsulu olan bu bütövlük heyrət doğuracaq qədər də əzəmətlidir. Narınqala adlanan hissə yüksəklikdə qərar tutaraq daha əzəmətli, daha cazibədar görkəmə malikdir. Qalanın divarlarının qalınlığı 3,5 metr, hündürlüyü 20-25 metrə qədərdir.
Dərbəndin tarixi çox qədimlərə gedib çıxır. Aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, 5000 il bundan əvvəl Dərbəndin ərazisində əsasən oturaq həyat tərzi keçirən əhali yaşamışdır. Onun heyrət doğuran möhtəşəm səddlərinin tikintisi isə VI əsrdə başa çatdırılıb. Qala Sasanilər zamanında artıq böyüklüyü ilə çox tanınmış şəhərləri arxada qoyurmuş.

Geri dön