Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Azərbaycan Həmkarlar İttifaqlarının həyatından bəhs edən ən yaxşı yazı və teleradio reportajı” müsabiqəsinin qalibləri mükafatlandırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > “Azərbaycan Həmkarlar İttifaqlarının həyatından bəhs edən ən yaxşı yazı və teleradio reportajı” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Azərbaycan Həmkarlar İttifaqlarının həyatından bəhs edən ən yaxşı yazı və teleradio reportajı” müsabiqəsinin qalibləri mükafatlandırılıb


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) elan etdiyi “Azərbaycan Həmkarlar İttifaqlarının həyatından bəhs edən ən yaxşı yazı, teleradio reportajı” respublika müsabiqəsinin yekunlarına həsr olunan tədbir keçirilib. Müsabiqənin əhəmiyyəti haqqında danışan AHİK sədri Səttar Mehbalıyev deyib ki, müsabiqəyə 70 məqalə və videosüjet təqdim olunub, bu materialların 29-u 1-ci, 2-ci, 3-cü və həvəsləndirici mükafatlara layiq görülüb.

S. Mehbalıyev bildirib ki, müsabiqəni keçirməkdə məqsəd jurnalistlər arasında həmkarlar ittifaqının fəaliyyəti ilə bağlı biliklərin artırılmasıdır: “Çünki istər-istəməz məqalələrin yazılması prosesi zamanı jurnalistlər bizim qurumun və həmkarlar ittifaqının tarixi və fəaliyyəti haqqında bilgi toplayırlar. Yazıları təhlil edərkən məlum oldu ki, doğrudan da məqalələrdə həmkarlar ittifaqlarının fəaliyyəti və qanunvericilik bazasına əhəmiyyətli şəkildə toxunulub. Belə müsabiqələri tez-tez keçirmək istəyirik”.

Sonra birinci yerə layiq görülən 3 nəfərin hər biri 1000 manat, ikinci yerə layiq görülən 8 nəfərin hər biri 500 manat, üçüncü yerə layiq görülən 10 nəfərin hər biri 300 manat pul və fəxri diplomla mükafatlandırılıb. Yazıları təqdirəlayiq olan 8 müəllifə isə həvəsləndirici mükafat olaraq 200 manat təqdim olunub. Müsabiqənin qalibləri arasında APA-nın əməkdaşı da var.

Geri dön