Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Slovakiya vətəndaşlarının Dağlıq Qarabağa səfəri şəxsi təşəbbüsdür - səfirlik
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Slovakiya vətəndaşlarının Dağlıq Qarabağa səfəri şəxsi təşəbbüsdür - səfirlik

Slovakiya vətəndaşlarının Dağlıq Qarabağa səfəri şəxsi təşəbbüsdür - səfirlik


Bazar ertəsi və çərşənbə axşamı Ermənistan və Rusiyanın bir sıra KİV-lərində Slovakiya Milli Şurasının (parlament) sabiq deputatı Frantişek Mikloşkonun başçılıq etdiyi "nümayəndə heyəti"nin Dağlıq Qarabağa səfəri və onun tanınmamış "respublika"nın xarici işlər naziri ilə görüşünə dair dərc edilən məlumatla əlaqədar olaraq, Slovakiyanın Moskvadakı səfirliyi Trend-ə məktub göndərib.

Məktubda qeyd edilir ki, mövcud səfər ancaq şəxsi təşəbbüsdür.

"Sabiq slovakiyalı deputat və siyasətçi olan cənab Frantişek Mikloşko Slovakiya Milli Şurasına Çexoslovakiya hökuməti zamanı 1990-1992-ci illərdə rəhbərlik edib", - məlumatda deyilir.

"Bir dəfə Dağlıq Qarabağda olmaq kifayət edir ki, "Dağlıq Qarabağ müstəqillikdən imtina edə bilər" fikrinin mənasız olduğunu başa düşəsən", - Ermənistan mətbuatının məlumatına görə, bunu Slovakiya Milli Şurasının ilk sədri Frantişek Mikloşko çərşənbə axşamı Yerevandakı mətbuat konfransında deyib.

Geri dön