Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ATƏT-in Daimi Şurasında Dağlıq Qarabağ üzrə xüsusi iclas keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > ATƏT-in Daimi Şurasında Dağlıq Qarabağ üzrə xüsusi iclas keçiriləcək

ATƏT-in Daimi Şurasında Dağlıq Qarabağ üzrə xüsusi iclas keçiriləcək


Aprelin 5-də Vyanada ATƏT-in Daimi Şurasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun üzvlərinin iştirakı ilə xüsusi iclası keçiriləcək.

Bu barədə təşkilatın məlumatında bildirilir.

İclasda Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andriyo (Fransa) Dağlıq Qarabağda hazırkı vəziyyət və münaqişənin nizamlanma yolları istiqamətində növbəti addımlar barədə Şuranı məlumatlandıracaqlar.

Bundan əlavə, gün ərzində Minsk qrupuna daxil olan ölkə nümayəndələri arasında görüş və məsləhətləşmələr baş tutacaq.

Xatırladaq ki, Minsk qrupuna Azərbaycan və Ermənistanla yanaşı Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya və Türkiyə daxildir.

Geri dön