Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiya Hökumətinin sədri Dmitri Medvedev Azərbaycana rəsmi səfərə gəlib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Rusiya Hökumətinin sədri Dmitri Medvedev Azərbaycana rəsmi səfərə gəlib

Rusiya Hökumətinin sədri Dmitri Medvedev Azərbaycana rəsmi səfərə gəlib


Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev aprelin 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Rusiya Hökumətinin sədrinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dmitri Medvedevi Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və digər rəsmi şəxslər qarşıladılar.

Rusiyanın və Azərbaycanın dövlət himnləri səsləndirildi.

Sonra Azərbaycanın Baş naziri Artur Rasizadə ilə Rusiya Hökumətinin sədri Dmitri Medvedev arasında qısa protokol söhbəti oldu.

Geri dön