Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əbülfəs Qarayev: Azərbaycançılıq ideyası Ermənistanla informasiya savaşında güclü təbliğat silahımızdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan > Əbülfəs Qarayev: Azərbaycançılıq ideyası Ermənistanla informasiya savaşında güclü təbliğat silahımızdır

Əbülfəs Qarayev: Azərbaycançılıq ideyası Ermənistanla informasiya savaşında güclü təbliğat silahımızdır


Azərbaycandakı polietnik zənginliyi, mədəni müxtəlifliyi özündə ehtiva edən azərbaycançılıq ideyası şovinist, monoetnik Ermənistanla apardığımız informasiya savaşında bizim güclü təbliğat silahımızdır.

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Respublika" qəzetində dərc olunan məqaləsində qeyd edib.

Nazir bildirib ki, ksenofobiya və özünütəcrid üzərində köklənən ermənilik ideologiyasının tam əksinə azərbaycançılıq mütərəqqi bəşəri dəyərləri təcəssüm etdirən vətənpərvərlik məfkurəsidir: "Onun kökündə başqa xalqlarla sülh içində yaşamaq fəlsəfəsi dayanır. Bu, ölkəmizdəki müxtəlifliyi, fərqlilikləri ayrılıq deyil, zənginlik olaraq görən, müasir dünyanı təhdid edən etnik, dini zəminli ayrı-seçkiliyə qarşı Azərbaycan nümunəsidir".

Ə.Qarayev əlavə edib ki, ulu öndərin ümumdövlət məfkurəsi səviyyəsinə yüksəltdiyi azərbaycançılıq ideyası da mahiyyət etibarilə milliliyin və bəşəriliyin təcəssümüdür. Bu ideya heç bir halda milli təcridolunmanı təlqin etmir, o, təkcə milli kimliyin ifadəsi, xalqın mənəvi irsinə hörmət, onun təbliği və tərənnümü demək deyil, eyni zamanda dünya irsinə, ümumbəşəri dəyərlərə açıqdır: "O deyirdi: "Biz həm milli tariximizdən aldığımız mənəvi sərvətlərdən istifadə etməli, həm də bəşəriyyətin yaratdığı mənəvi dəyərlərə yiyələnməliyik". Bu baxımdan Heydər Əliyevin azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi naminə göstərdiyi tarixi xidmətdir. Çünki azərbaycançılıq bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsası, ölkəmizdəki bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgə yaşayışının tarixi təcrübəsidir".

Nazir qeyd edib ki, çoxmədəniyyətliliyin, milli-etnik zənginliyin örnəyi və Şərqlə Qərbin ortaq dəyərlər modeli kimi Azərbaycan bu gün də dünyada mədəniyyətlərarası dialoqun, multikulturalizmin yayılmasına xidmət edən qlobal təşəbbüslərin müəllifi və əsas icraçısı kimi layiqli rol oynayır.

Ə.Qarayevin sözlərinə görə, Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmiz dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilmişdir və bu istiqamətdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə dəstəyin bariz nümunəsidir.

Geri dön