Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sinan Oğan: “Xocalı soyqırımının tanınması Ermənistanın mahiyyətini ortaya qoyar”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Sinan Oğan: “Xocalı soyqırımının tanınması Ermənistanın mahiyyətini ortaya qoyar”

Sinan Oğan: “Xocalı soyqırımının tanınması Ermənistanın mahiyyətini ortaya qoyar”


Türkiyə parlamentinin deputatı, Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) rəhbəri, Sinan Oğanın müsahibəsi
- Sizcə, Türkiyə Böyük Millət Məclisində Xocalı hadisələrinin soyqırımı kimi tanınmasını mümkün hesab edirsinizmi?
- Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımının tanınması məclisdə səs çoxluğuna malik olan Ədalət və İnkişaf Partiyasının (AKP) verəcəyi səsi ilə bağlıdır. Biz müxalifət partiyası olaraq, 26 fevral tarixində Xocalıda həyata keçirilən dəhşətli və insanlıq tarixində acı bir səhifə olan bu hadisələrin Soyqırımı Günü olaraq qəbul edilməsini istəyirik.
Ancaq nəzərə almaq lazımdır ki, Türkiyə Böyük Millət Məclisində qanunlar səs çoxluğu ilə qəbul olunur. Bu səs çoxluğu isə ancaq AKP-nin dəstəyi ilə mümkündür. Bu qanunla ortaya gətirməklə, bir daha AKP-nin bu hadisələrə hüquqi qiymət verilməsinə dəstək verib-verməyəcəyini görəcəyik.
- Xocalı soyqırımını Türkiyə Böyük Millət Məclisində tanınarsa, bunun Ermənistana nə kimi təsiri olacaq?
- Əgər, Türkiyə Böyük Millət Məclisində Xocalı hadisələri soyqırımı olaraq tanınarsa, Ermənistanın beynəlxalq hüquq qarşısında cavab verməsi üçün hüquqi bazanın yaranmasına yol açılacaq. Ayrıca olaraq, bu qanun Ermənistan tərəfindən Xocalı daxil olmaqla Azərbaycanın digər torpaqlarını işğal etməsi faktoru bir daha onu işğalçı dövlət olduğu ortaya qoyulmuş olacaq.
Bu isə işğalçı Ermənistanı beynəlxalq aləmdə çətin vəziyyətə salar və həmçinin, bu danışıqlar masasında Azərbaycanın mövqelərinin güclənməsinə təsir edə bilər.
- Ümumiyyətlə, Xocalı soyqırımını həyata keçirən cinayətkarların beynəlxalq hüquq qarşısında cəzalandırılması mümkündürmü?
- Yuxarıda da qeyd etdiyim kimi Xocalını soyqırımı olaraq qəbul etdirmənin ən önəmli tərəfi bu cinayətdə iştirak etmiş olanların cəzalandırılması imkanıdır. Xocalıda soyqırımı cinayəti edənlər tez və ya gec ədalət qarşısında cavab verməli olacaqlar.
Beynəlxalq ictimaiyyət bilməlidir ki, belə cinayətkarların azadlıqda qalması bəşəriyyət üçün təhlükədir və eyni zamanda bu cür hadisələrin yenidən baş verməsi üçün presedent ola bilər. Xüsusilə, onu bildirməliyəm ki, Xocalı soyqırımı insanlığa, bəşəriyyətə qarşı olan dəhşətli hadisəsidir.

Elnur Eltürk

Geri dön