Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyədə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının adları açıqlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Türkiyədə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının adları açıqlanıb

Türkiyədə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının adları açıqlanıb


Türkiyənin Ərzincan şəhərində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan üç Azərbaycan vətəndaşının adı açıqlanıb. Bunlar Okmen Solmaz Müseyib qızı (1984-cü il təvəllüdlü), Bozbay Xədicə Əli qızı (1959) və Okmen Ayşə Şenol qızıdır (2008). Bu barədə şənbə günü Trend-ə Ərzincan şəhərindəki polis məntəqəsindən məlumat veriblər.
Onların hamısı artıq xəstəxanadan buraxılıb.
Türkiyə KİV-inin verdiyi məlumata görə, Türkiyədə İstanbul-Ağrı istiqamətində hərəkət edən 44 sərnişini olan avtobus Ərzincan vilayəti ərazisində başqa bir avtobusla toqquşub.
Qəza nəticəsində 21 sərnişin xəsarət alıb.
Sərnişinlərdən 3 nəfəri Azərbaycan vətəndaşıdır.
Ərzincanın müxtəlif xəstəxanalarına çatdırılan yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Neon Xəstəxanasından əvvəl Trend-ə bildiriblər ki, xəsarət alan azərbaycanlıların vəziyyəti normaldır.

Geri dön