Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Novruz Məmmədov: Ermənistan rəhbərliyi nə edəcəyi barədə bir qərara gələ bilmir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Novruz Məmmədov: Ermənistan rəhbərliyi nə edəcəyi barədə bir qərara gələ bilmir

Novruz Məmmədov: Ermənistan rəhbərliyi nə edəcəyi barədə bir qərara gələ bilmir


Ermənistan tərəfi və Ermənistan rəhbərləri nə edəcəkləri barədə bir qərara gələ bilmirlər. Hazırki vəziyyətdən çıxış yollarını tapmaqda çətinlik çəkirlər. Ermənilər gah nala vurur gah da mıxa. Biri bir söz deyir digəri onun əksinə olan başqa bir söz deyir. Bu sadəcə mövcud vəziyyətdə çaş-baş qalmaq deməkdir.

Bunu ANS-ə açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Prezident Administrasiya rəhbərinin müavini Novruz Məmmədov vurğulayıb: "Azərbaycanın səbri tükənə bilər. Bunu bütün ölkələr görür, nəzərə alır və almalıdırlar".

Norvruz Məmmədov həmçinin əlavə edib ki, Azərbaycan və Ermənistan təmas xəttində vəziyyətin gərginləşməsi ölkəmizin nüfuzuna təsir etməyib: "Azərbaycana investisiya qoymaq, Azərbaycanla əməkdaşlıq etmək arzusu çoxalıb."

Geri dön