Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə ərizə qəbulu başlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik, Bildiriş > V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə ərizə qəbulu başlayıb

V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə ərizə qəbulu başlayıb


Bu gündən etibarən 2016-2017-ci tədris ili üçün V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ərizə qəbulu başlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, Azərbaycanın tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müvafiq qəbul imtahanı vermirlər, müsabiqədə buraxılış imtahanındakı nəticələri əsasında iştirak edirlər.

Bu abituriyentlərdən ərizə qəbulu mayın 3-dən 17-dək aparılacaq.

I-IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verib həm də V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər mayın 3-dən mayın 17-dək ikinci ödəmə kartı almadan elektron ərizə təqdim etməlidirlər.

Bildirilir ki, V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər ödəmə kartı əldə edib mayın 5-dən mayın 17-dək ərizə təqdim etməlidirlər.

Abituriyentin elektron ərizəsi təsdiq ediləndən sonra hüquqi əsasa malik olur. Ərizəsi təsdiqlənməyən abituriyentlər qəbul imtahanlarına buraxılmırlar.

Geri dön