Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa Azərbayan Məktəbində olimpiada qalibliyi ənənələri davam etdirilir və yaxud 27 500 nəfər yarış iştirakçısından dördü AAM-lidir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik, Bildiriş > Avropa Azərbayan Məktəbində olimpiada qalibliyi ənənələri davam etdirilir və yaxud 27 500 nəfər yarış iştirakçısından dördü AAM-lidir

Avropa Azərbayan Məktəbində olimpiada qalibliyi ənənələri davam etdirilir və yaxud 27 500 nəfər yarış iştirakçısından dördü AAM-lidir


Avropa Azərbaycan Məktəbinin bir neçə şagirdi dərs ilinin qurtarmasına hələ iki ay qalmış təhsil uğurlarına görə qızıl və gümüş medallarla təltif olunmuşdur.Onlar bu medallara 2015-2016-cı tədris ilində Respublika Fənn Olimpiadasında göstərdikləri dərin biliyin nümayişinə görə layiq görülmüşlər.
Məlumat üçün bildiririk ki, 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, tarix, kimya, biologiya,coğrafiya və informatika fənləri üzrə keçirilmişdir.
Birinci mərhələ - rayon (şəhər) mərhələsi yanvarın 17-də keçirilmişdir.Birinci mərhələdə IX, X və XI siniflərdən respublika üzrə 27 500 şagird iştirak etmişdir. Olimpiadanın yarımfinal turunda isə 4500-ə yaxın məktəbli iştirak etmişdir. Olimpiadanın final mərhələsində 450-yə yaxın məktəbli Azərbaycan dili və ədəbiyyatı, tarix,coğrafiya, riyaziyyat, fizika,kimya ,biologiya, , informatika fənləri üzrə bilik yarışlarında iştirak etmişlər.
Ən son final yarışları aprelin 23-dəTəhsil Nazirliyinin tabeliyində olan Respublika Fizika,riyaziyyat və informatika təmayüllüu liseyində keçirilmişdir.Burada təşkil olunan fənn olimpiadalarında finalçılar Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənləri üzrə bu fənlər üzrə öz bilik və bacarığını sınamışlar.
Olimpiadanın final mərhələsində Avropa Azərbaycan Məktəbinin IX və X sinif şagirdləri daha çöx fəallıq göstərmişlər. Avropa Azərbaycamn Məktəbi humanitar təmayüllü olmasa da, Fənn Olimpiadasında məktəbin lirikləri daha çox fərqlənmişlər. IX sinif şagirdlərindən Günel Məmmədova Azərbaycan dili və ədəbiyyatı, Zöhrə Məmmədova tarix fənni üzrə I yerə çıxmış, qızıl medal almılar. İbtidai təhsilini Yaponiyada alan Vaqif Süleymanov isə cöğrafiya fənni üzrə respublika üzrə II yerə şıxaraq,gümüş medla layiq görülmüşdür.X sinif şagirdi Lamiyyə Mahmudova yüksək tarixi biliklərə malik olduğunu bu dəfə də sübut etdirmişdir. O da X sinfin tarix proqramına uyğun olan materiallarl yaxşı mənimsədiyini sübut etmişdir. Lamiyə Respublika bilik yarışında birinci yerə çıxmış, qızıl medal almışdır.
Maraqıdır ki, Günelin keçən il Avropa Azərbaycan Məktəbini qızıl medalla qurtaran bacısı Günay da iki dəfə Respublika Fən Olimpiadasının, bir dəfə Antalyada keçirilən fənnoli ompiadasının qalibi olmuşdu.Vaqif və Lamiyənin də beynəlxalq olimpiada yarıçları təcrübəsi vardır.
Məktəblilərin respublika fənn olimpiadalarında ixtisas müəllimlərindən Hafiz Cabbarov, Namiq Məmmədov, Zaur Əliyev və başqalarının peşəkarlığı və metodiki ustalığı yüksək qiymətləndirilir.

Nazim Nəsrəddinov,
Avropa Azərbaycan Məktəbinin sabiq kafedra müdiri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Bakı,04.05.2016.

Geri dön