Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran Silahlı Qüvvələri yeni hərbi manevrlərə başlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > İran Silahlı Qüvvələri yeni hərbi manevrlərə başlayıb

İran Silahlı Qüvvələri yeni hərbi manevrlərə başlayıb


Fevralın 19-da səhər saatlarında İran Silahlı Qüvvələri yeni hərbi manevrlərə başlayıb. “Vəlfəcr” adlanan təlimlər Mərkəzi Səhra, Yəzd şəhəri və onun ətrafında keçirilir. Hərbi manevrlərdə İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) quru qoşunları və “Bəsic”in (hökumət tərəfdarı könüllülər dəstəsi) “İmam Hüseyn” batalyonu iştirak edir. “Sepah”ın quru qoşunlarının komandanı, general-mayor Məhəmməd Pakpur deyib ki, hərbi manevrin məqsədi ordunun müdafiə qabiliyyətini artırmaq, yeni taktik gedişlərin icrası, yeni təchizat və sursatın istifadəsidir: “Manevrin iştirakçısı olan qüvvələrimiz bütün təhdidlərə və ola biləcək hücumlara qarşı hazırlıqlı olduqlarını düşmənə nümayiş etdirəcəklər”.

Geri dön