Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycandakı hərbi attaşelərin cəbhə bölgəsinə səfəri başlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Azərbaycandakı hərbi attaşelərin cəbhə bölgəsinə səfəri başlayıb

Azərbaycandakı hərbi attaşelərin cəbhə bölgəsinə səfəri başlayıb


Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər rayonunun Əskipara kəndində Ermənistan Silahı Qüvvələri tərəfindən fosfor təyinatlı silahın istifadə olunmasının müəyyən olunması faktı ilə əlaqədar Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi tərəfindən Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin bu gün cəbhə bölgəsinə səfəri təşkil olunub.

XİN-in Mətbuat katibi Hikmət Hacıyev bildirib ki, fosfor təyinatlı silah beynəlxalq konvensiyalarla qadağan olunmuş silahdır: "Kifayət qədər təhlükəli xarakter daşıyır. Bu faktla əlaqədar olaraq XİN və Müdafiə Nazirliyi tərəfindən Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin hadisə yerinə səfəri təşkil olunub. Onlar yerindəcə ermənilər tərəfindən fosforlu silahın istifadəsi ilə tanış olacaqlar. ANAMA mütəxəssisləri tərəfindən də mərminin təfərrüatları izah olunacaq".

Geri dön